Əsas Səhifə > Siyasət, Manşet > Rövnəq Abdullayevin məkanında geniş miqyaslı «nurçu ovu»na start veriləcək
Rövnəq Abdullayevin məkanında geniş miqyaslı «nurçu ovu»na start veriləcək14-05-2014, 09:45 |
DİA.AZ: - Yaxın günlərdə Dövlət Neft Şirkətində ciddi kadr islahatları gözlənilir. Verilən xəbərə görə, kadr islahatı nəticəsində ARDNŞ prezidenti Rövnəq Abdullayevə çox yaxın olan bir sıra vəzifəli şəxslərin görəvdən alınması nəzərdə tutulur. DİA.AZ-a daxil olan məlumatda həmçinin o da qeyd olunur ki, islahatlar iqtidar düşərgəsində neçə müddətdir davam edən «nurçu ovu» siyasətinin davamı kimi də qəbul edilə bilər. Onu da xatırladaq ki, ARDNŞ bir il əvvəl Fətullah Gülən cameəsinin Azərbaycandakı təhsil ocaqlarını demək olar ki, satın alıb. Doğrudur, neft şirkətinin yaratdığı təhsil birliyində Fətullah Gülən tərəfdarları da LAYİQİNCƏ təmsil olunurlar. Amma buna baxmayaraq, belə bir iddia səslənir ki, bəs Qafqaz Universitet idə daxil olmaqla nurçulara aid liseylər artıq ARDNŞ-nin mülkiyyətindədir. Təbii ki, burada izazdırma cəhdləri daha qabarıq formada nəzərə çarpır. Bununla bağlı dia-az.life-ı bilgiləndirən mənbənin sözlərinə görə, artıq ARDNŞ-i nurçulara bağlayan tellərin budanması üçün qərar verilib və yaxın günlərdə ciddi kadr islahatları həyata keçiriləcək. Mənbə iddia edir ki, «vurulacaqlar» sırasında adı birbaşa olaraq nurçularla hallandırılan ARDNŞ şefinin müavini Xaliq Mustafayev tək olmayacaq: «Eyni zamanda illərdir ARDNŞ çox ciddi layihələrin icrasını nurçulara aid şirkətlərə həvalə edib. Bu gün Fətullah Gülənə yaxın adamlar yataqların qazılması, buruqların, platformaların hazırlanması kimi ciddi sifarişlərin icrası ilə məşğuldurlar ki, bu yolla da külli miqdarda gəlir götürürlər. Bu dəfə həm də məhz həmin dairələri ARDNŞ-in bahalı tenderlərində qalib edən vəzifəli şəxslərin görəvdən alınması gözlənilir». Mənbəmiz konkret ad çəkməsə də, təxminən 20-yə yaxın ARDNŞ vəzifəlisinin görəvdən alınacağını bildirməklə yanaşı, onu da əlavə etdi ki, hətta bəzilərinə qarşı cinayət işi də açıla bilər. Mövzu diqqətimizdədir. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |