Əsas Səhifə > Siyasət, Manşet > Aydın Əliyevin “Dəli Domrul körpüsü”nə bənzər ən gəlirli məntəqəsi – Vətəndaşların dərdini dinləyən yoxdur

Aydın Əliyevin “Dəli Domrul körpüsü”nə bənzər ən gəlirli məntəqəsi – Vətəndaşların dərdini dinləyən yoxdur


21-05-2014, 09:34
Aydın Əliyevin “Dəli Domrul körpüsü”nə bənzər ən gəlirli məntəqəsi – Vətəndaşların dərdini dinləyən yoxdur
DİA.AZ: - "Sınıq Körpü" gömrük keçid məntəqəsində baş verən qanunsuzluqlar barədə dəfələrlə məlumat vermişik. Bildirək ki, sözügedən gömrük keçid məntəqəsində sözün əsl mənasında hərci-mərcilikdir. Elə buna görədir ki, “Sınıq Körpü” gömrük keçid məntəqəsi el arasında “Dəli Domrulun körpüsü” adını alıb. Yəni “keçəndən 30 axça, keçməyəndən döyə-döyə 40 axça” prinsipi bu məntəqədə hakimdir. DİA.AZ-a bu barədə danışan mənbələr də iddia edir ki, ən çox gəlir gətirən məntəqə olduğundan birbaşa olaraq Dövlət Gömrük Komitəsinin rəhbərliyi bu “bespredel”də maraqlı tərəf kimi çıxış etməkdədir. Yəni özbaşınalıq Aydın Əliyevə söykənir. Fakt da odur ki, bu məntəqədəki dəhşətli durumla bağlı yuxarı instansiyalara edilən şikayətlər rəsmən qulaqardına vurulur.

DİA.AZ-a daxil olmuş məlumatda da məhz bu barədə - şikayətlərin nəzərə alınmamasından bəhs olunur: ""Sınıq Körpü" gömrük keçid məntəqəsində acınacaqlı vəziyyət höküm sürür. Belə ki, gömrük əməkdaşları Gürcüstandan gələn soydaşlarımızın özləri üçün aldığı ərzaq məhsulları və.s əllərindən alınır. Hətda etiraz edəndə bizə qarşı fizki təzyiqlər də edirlər. Dəfələrlə aidiyyatı qurumlara şikayət etmişik. Lakin nədənsə bizim əsaslı şikayətimizə baxan yoxdu. Güya burda baş verənlərdən Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin xəbəri yoxdur?

Aydın Əliyevin “Dəli Domrul körpüsü”nə bənzər ən gəlirli məntəqəsi – Vətəndaşların dərdini dinləyən yoxdur

Demək olar ki, hər gün burada belə arzuolunmaz hallar baş verir. Nə vaxt vəzifə salhiyyətlərini aşan gömrükçülər barədə araşdırma aparılıb ki? Belə nəticəyə gəlmək olur ki, yuxarıların xəbəri olsa da, faktlara bilərəkdən göz yumulur.

Keçid məntəqəsinin rəisi Kənan Nehrəmli açıq-aşkar bildirir ki, “bura mənim şəxsi obyektimdir, pulunu vermişəm, necə istəyirəm elə də idarə edirəm”. Özü də gömrük keçid məntəqəsi ölkənin giriş-çıxış qapısıdır. Görünür məqsədli olaraq ölkənin imicinə zərbə vurmaq istəyənlər var. Axı buradan təkcə bizim vətəndaşlar yox, digər ölkənin vətəndaşları da gedib-gəlirlər. Onların gözü qarşısında bu cür biabırçılıq yol verilməzdir. Özü də burada işləyənlərə elə bil, kimsə bilərəkdən belə rəhfar etmələrini tapşırıb. Bunlar nə qadın, nə qoca, nə uşaq bilirlər".

Aydın Əliyevin “Dəli Domrul körpüsü”nə bənzər ən gəlirli məntəqəsi – Vətəndaşların dərdini dinləyən yoxdur

Bildirək ki, dia-az.life-a ünvanlanan şikayət məktubunda "Sınıq Körpü" gömrük keçid məntəqəsilə bağlı daha ciddi məlumatlar da öz əksini tapıb. Hazırda həmin məlumatları araşdırmaqla məşğuluq. Yaxın vaxtlarda geniş araşdırmanı təqdim edəcəyik.

Deyilənlərə münasibət öyrənmək üçün çoxsaylı cəhdlər etdik. Lakin zənglərimiz cavabsız qaldı. Bütün bunlara baxmayaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt