Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Respublika Günü ərəfəsində kimlərin əfv olunma şansları var

Respublika Günü ərəfəsində kimlərin əfv olunma şansları var


26-05-2014, 09:16
Respublika Günü ərəfəsində kimlərin əfv olunma şansları var
DİA.AZ: - Keçmiş səhiyyə naziri Əli İnsanovun əfv olunma məsələsi neçə gündür dartışılmaqdadır. Bildirək ki, 28 May Respublika Günü ilə əlaqədar əfv fərmanının imzalanacağı gözlənilir və mətbuatda yazılanlara görə, bağışlanacaqlar sırasında keçmiş səhiyyə nazirinin də adı var.

Amma sonradan bununla bağlı açıqlama verən Əli İnsanovun vəkili bildirdi ki, nə müvəkkili, nə də özü əfv ərizəsi yazmayıblar. Aydın oldu ki, Əli İnsanovun adından prezident yanında əfv komissiyasına tanınmış hüquq-müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqları Təşkilatının rəhbəri Novella Cəfəroğlu müraciət edib.

DİA.AZ-a bildirilənə görə, keçmiş səhiyyə nazirinin adı prezidentə təqdim olunan əfv siyahısında yer alıb. Mənbəmiz iddia edir ki, eyni zamanda tanınmış jurnalist, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının və Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun da adları prezidentə təqdim olunan siyahıda yer alıb.

Məlumatı dia-az.life-a verən mənbə həmçinin daha bir neçə hicab məhbusunun da azad olunacağını qeyd edib.

Geri qayıt