Əsas Səhifə > Siyasət, Manşet > Ziya Məmmədovun hakimiyyət daxilindəki şəbəkəsi çökdürüləcək - Bununla bağlı konkret qərar verilib
Ziya Məmmədovun hakimiyyət daxilindəki şəbəkəsi çökdürüləcək - Bununla bağlı konkret qərar verilib11-07-2014, 10:30 |
DİA.AZ: - Bir neçə rayonun icra başçısı bu günlərdə görəvlərindən alınacaq. Bu barədə DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki mötəbər mənbənin iddialarına görə, nəhayət ki, icra başçıları ilə bağlı növbəti ələmə mərhələsinin start düyməsi basılır. Mənbənin dia-az.life-a söylədiyinə görə, əslində bələdiyyə seçkilərinə görə təxminən 20 rayonun icra hakimiyyətinin başçısının dəyişdirilməsi nəzərdə tutulub: «Məlumdur ki, rayon icra hakimiyyəti başçıları ayrı-ayrı məmurların kurasiyası altındadır. Və o da məlumdur ki, yerli bələdiyyələr də icra başçılarının nəzarəti altındadır. Deməli, pilləvari şəkildə iri məmurlar həm də bələdiyyələr üzərində nəzarətə malikdirlər». Mənbəyə görə, məhz bəzi iriranqlı çinovniklərin adlarının «qara siyahı»da olması səbəbindən onlara yaxın olan icra başçılarının «vurulması», habelə həm də onlara yaxın olan bələdiyyələrin də yenidən formalaşdırılması gözlənilir: «Yəni qarşıdan gələn parlament seçkilərinə qədər bu dəyişikliklər baş tutacaq ki, parlament seçkilərində də həmin hədəfdə olan oliqarx-məmurun Milli Məclisdəki dayaqları da qırılmış olsun». Onu da bildirək ki, son zamanlar nəqliyyat naziri Ziya Məmmədovun mövqelərinin kövrək olduğu sezilməkdədir. Anlaşılanı da odur ki, elə dəyişikliklər də məhz NN şefinə aid yerlərdəki dayaqların sıradan çıxarılması ilə müşaiyət olunacaq. Elə bu faktı məlumatı verən qaynaq da DİA.AZ-a təsdiqləməklə yanaşı, həm də onu bildirib ki, bəzi mətbu orqanlar dəyişikliklərin ilin sonlarına təsadüf edəcəyini söyləsələr də, ertələnmələr də istisna hal kimi müşahidə olunacaq. Geri qayıt |