Əsas Səhifə > Siyasət, Manşet > Qərib Məmmədovun işçisi Göyçayda narazılıq yaradır

Qərib Məmmədovun işçisi Göyçayda narazılıq yaradır


17-07-2014, 15:02
Qərib Məmmədovun işçisi Göyçayda narazılıq yaradır
DİA.AZ: - Göyçay rayonu Dövranlı kənd sakini Ələkbərova Bəsirə Həsən qızı DİA.AZ-a müraciət edərək Göyçay rayonu İcra hakimiyyəti Başçısının müavini Yunus Osmanlı, Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Nofəl Fərzəliyev və Dövranlı kənd bələdiyyəsinin sədri Aydın Hüseynov barədə şikayətlərini bizə bildirmişdir.

Şikayətçi dia-az.life-a müraciətində qeyd edir ki, 6.04 ha torpaq sahəsi 1998-ci ilin 18 fevral tarixində Göyçay rayonu Aqrar İslahat Komissiyası tərəfindən həyat yoldaşına və ailə üzvlərinin mülkiyyətinə verilib. Ölçülər düz gəlmədiyi üçün 2001-ci il tarixdə kənd bələdiyyəsi və mütəxəssislərin iştirakı ilə 2.44 ha torpaq sahəsi ölçülərək akt tərtib edilməklə onlara verilmişdir. Bundan sonra sxem tərtib edilmiş və Toprpaq və Xəritəçəkmə şöbəsində mülkiyyətə verilməsi qeydə alınmışdlır. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişib, təkbaşına 7 qız, 1 oğlan övladı böyüdüb. Onun əsas gəlir yeri əlindən almaq istədikləri torpaq sahəsi olmuşdur. Qızları hamısı ailə həyatı qurmuş, oğlu isə 1 həftə əvvəl hərbi xidmətə getmişdir. Hal-hazırda tək yaşayır və məmur özbaşınalığı ilə üz-üzə qalmışdır.

Təxminən 2 ay əvvəl Göyçay rayonu Dövranlı kənd bələdiyyəsinin sədri Aydın Hüseynov mənə bildirdi ki, “istifadə etdiyin torpaqdan çıx, oraya müştəri tapmışam, satacağam”. Onun bu sözlərinə bir o qədər əhəmiyyət vermədim, çünki, mənə və ailə üzvlərimə məxsus torpaq sahəsinə müştəri taparaq satmaq istəməsi nə dərəcədə doğru ola bilərdi? O bir müddət mənə heç nə demədi. Bi neçə gün əvvəl gördüm ki, əkin sahəmi bir neçə nəfər ölçür. Yaxınlaşıb soruşduqda mənə bildirdilər ki, “bələdiyyə sədri Aydın Hüseynov bura Bakıdan müştəri tapıb, bölüb hissə-hissə satacaq”. Mən dərhal Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun qəbuluna getdim və şikayətimi bildirdim. O, da cavabımda mənə dedi ki, “sənin torpağını tanımıram, nə dərəcədə haqlısan bilmirəm. Bir də ki, bələdiyyə satmağa başqa yer tapmır ki, gərək sənin yerini satsın?” Mən izah etdim ki, mənə və ailə üzvlərimizə məxsus torpaq bizim dolanışıq yerimizdir. Bələdiyyə sədri isə əsassız bəhanə gətirir ki, o yer sizə məxsus deyil, oradan qanunsuz istifadə edirsiniz. Daha sonra mübahisə edilən əraziyə Göyçay rayonu İcra hakimiyyəti Başçısının müavini Yunus Osmanlı, Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Nofəl Fərzəliyev və başqa şəxslər gələrək baxış keçirdilər. Y. Osmanlı mənə dedi ki, “Nə olsun bura sizə verilib, indi əlinizdən alınması məsləhətdir. İndiyə qədər torpaqlardan istifadə etmisən, qızlarını da köçürmüsən, indi torpaq nəyinə lazımdır?” Bundan əlavə o qeyd etdi ki, “sənə şoranlıqdan torpaq verərik, onsuz da 2-3 ildən sonra onu da əlinizdən alacağıq”. Bu da icra başçısının müavinini Azərbaycan vətəndşına dediyi söz. Özü Ağdaşın Kükəl, arvadı isə Göyçay rayonunun Hüngütlü kəndinin yarısını alıb. Oğlu Ceyhun millət vəkili, bir oğlu rəis işləyir, bir sözlə varlı həyat tərzi sürürlər (sağlıqlarına qismət) kimsə onlara deyirmi ki, var dövlət nəyinizə lazımdır? İndi 2 ha yonca və taxıl sahəmi onlar mənə çox görürlər. Baş verənlərlə bağlı Ədliyyə Nazirliyinin Göyçay Regional Şöbəsinə getdim. Oradan da mənə dedilər ki, “2001-ci ildə Bələdiyyə və Torpaq Şöbəsi sizin başınızı aldatmaq üçün sizə sənəd veriblər, o torpaq sizin deyil”. Sonradan mənə məlum oldu ki, Göyçay Regional Şöbəsi bu işdən xəbərdardır, bizim torpaqlarımızın başqalarına satılması üçün bələdiyyə sədri Aydın Hüseynovla razılığa gəliblər. Artıq mən kimdən kimə şikayət edəvəyimi bilmirəm. Son ümid yerim budur ki, mətbuat vasitəsi ilə ölkə prezidenti cənab İlham Əliyevə müraciətim çatsın ki, “tənha yaşayan bir qadınam deyə məni tək görüb məmurlar əmlakıma hücum çəkib qanunsuz olaraq yerimdən “çıx” deyirlər, Sizin məmurların ac gözləri doymur cənab prezident! Xahiş edirəm bu işə bir çarə tapasınız”.

Qərib Məmmədovun işçisi Göyçayda narazılıq yaradır
Qərib Məmmədovun işçisi Göyçayda narazılıq yaradır
Qərib Məmmədovun işçisi Göyçayda narazılıq yaradır
Qərib Məmmədovun işçisi Göyçayda narazılıq yaradır

Geri qayıt