Əsas Səhifə > Siyasət, Manşet > Dövlət Yol Polisinin rəhbərliyinə islahatçı kadr gətirilir
Dövlət Yol Polisinin rəhbərliyinə islahatçı kadr gətirilir24-07-2014, 11:02 |
DİA.AZ: - Dövlət Yol Polisi İdarəsinin rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, illərdir DYP-nin başında dayanan Ramiz Zeynalov təkcə vəzifəsindən alınmayacaq, həm də onun əlindəki iqtisadi rıçaqların mühüm hissəsinə də əl qoyulacaq. Bunun səbəbi isə sonradan nəzarətdənkənar imkanların iqtidarın ümumi maraqlarını hansısa formada təhdid etməməsilə əlaqədardır. Xatırladaq ki, bu günlərdə Ramiz Zeynalovun vəzifə başında olan qardaşı - Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov «Şöhrət» ordeni ilə mükafatlandırıldı ki, bunu da ekspertlər hakimiyyətin ənənəvi «yolasalma mərasimi» kimi dəyərləndirirlər. Yəni hakimiyyət imtina etdiyi fiqurlarına bu şəkildə qiymət verir. Məlumatlı mənbənin dia-az.life-a bildirdiyinə görə, Ramiz Zeynalovun yerinə gənc kadrın təyin olunması nəzərdə tutulub: «Bu kadrdan isə bu gün DYP sistemindəki biabırçı durumun aradan qaldırılması əsas vəzifə kimi qoyulacaq. Yəni necə ki, Mikayıl Cabbarov təhsil sistemində islahatlar aparmalı idi, eləcə də yeni kadra da DYP-ni təmizləmə tapşırığı veriləcək». Geri qayıt |