Əsas Səhifə > Siyasət, Manşet > «Azəriqaz»ın Ucardakı nümayəndəsi vətəndaşları Amerikada oxuyan oğlu ilə hədələyir

«Azəriqaz»ın Ucardakı nümayəndəsi vətəndaşları Amerikada oxuyan oğlu ilə hədələyir


10-09-2014, 11:40
«Azəriqaz»ın Ucardakı nümayəndəsi vətəndaşları Amerikada oxuyan oğlu ilə hədələyir
DİA.AZ: - Ucar rayonu Ş.Fərzəliyev küçəsinin sakini, 2-ci qrup hərbi əlil Məhəmmədov Mehman İkram oğlu sözügedən rayonda «Azəriqaz» əməkdaşlarının özbaşınalıqlarından Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevə şikayətçi düşüb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan şikayət məktubunda bildirilir ki, hər ay vaxtlı-vaxtında qaz pulu borcunu ödəməsinə baxmayaraq, yerli qaz idarəsinin işçiləri ondan əlavə pul tələb edirlər.

Narazı vətəndaşın dia-az.life-a ünvanladığı müraciətində deyilir: «Mən bununla bağlı etirazımı birbaşa olaraq «Azəriqaz»ın Ucar rayon satış şöbəsinin müdirəsi Validə xanıma bildirdim. O mənə hansısa debitor borcdan danışdı. Mən isə vaxtlı-vaxtında ödənişi etdiyimi bildirdim və qanuni haqlarımı tələb etdim. Amma bunun əvəzində Validə xanım mənə bildirdi ki, Amerikada oxuyan övladının geniş əlaqələri var və mən ona qanuni yolla heç nə edə bilmərəm. Mən başa düşə bilmədim ki, şərlənməyimə Validə xanımın övladının Amerikada oxumasının nə aidiyyatı var».

Müraciətində ARDNŞ prezidenti Rövnəq Abdullayevdən kömək istəyən 2-ci qrup hərbi əlil daha sonra dia-az.life-a yazaraq bildirir ki, Ucar rayonunun Qazyan kəndinə bir ildir təbii qaz verilməsinə baxmayaraq, hələ də kəndin sahə işçisi yoxdur: «Bildirişləri kənddə bekar qalan işsiz cavanlara paylatdırırlar. Bəlkə də həmin ştat var, amma o ştatın pulu da mənimsənilir. Əvəzində «Azəriqaz»ın işini yerli könüllülər həyata keçirir».

Ucar sakini sonda da ARDNŞ prezidentinin köməyinə ümidli olduğunu, ona yazılan borcun qanunsuz olduğunun aşkarlanacağına inandığını bir daha vurğulayır.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt