Əsas Səhifə > Siyasət, Manşet > Beyləqanın icra başçısı nədən «qırmızı xətti» keçəsi olub? - Vaqif Abdullayev təcili surətdə işini başa çatdırmalıdır
Beyləqanın icra başçısı nədən «qırmızı xətti» keçəsi olub? - Vaqif Abdullayev təcili surətdə işini başa çatdırmalıdır16-09-2014, 10:24 |
DİA.AZ: - 3 ilə yaxındır ki, Beyləqan rayonuna rəhbərlik edən Vaqif Abdullayev vəzifə başında özünü doğrultmayıb. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbə informasiya verib. Bildirək ki, buna qədər Xızıya başçılıq edən Vaqif Abdullayev sözügedən rayonun 5 il rəhbəri olub. Amma deyəsən, Beyləqanda eyni müddəti başa vura bilməyəcək. Məlumatlı mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, prezidentin son səfəri zamanı da Beyləqanın icra başçısına narazılıqlar çatdırılıb: «Maraqlı orasıdır ki, prezidentin Beyləqana sonuncu səfəri zamanı İlham Əliyev rayon mərkəzindən kənarda tutuldu. Yəni başçı israrla prezidenti rayonun mərkəzinə səfər etməsindən yayındırdı. Bu isə təbii ki, diqqətlərdən qaça bilməzdi». Mənbə iddia edir ki, bundan sonra Vaqif Abdullayevə konkret vaxt verilib: «O, müəyyən müddətlik vəzifə başındadır. Hazırda rayonun mərkəzi küçələri dağıdılmış vəziyyətdədir. Sanki Beyləqanda müharibə gedib. Və o, qısa müddətə abadlıq-təmir-bərpa işlərini başa çatdırmalıdır». Onu da qeyd edək ki, nədənsə prezidentin Beyləqana sonuncu səfəri ilə bağlı məlumatlar və şəkillər də rayon icra hakimiyyətinin rəsmi veb-səhifəsində yerləşdirilməyib. Görünür, həqiqətən də başçı sonuncu səfər zamanı «qırmızı xətti» keçib və xəbərdarlığını alıb… Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |