Əsas Səhifə > Siyasət, Manşet > Rəsmi Bakı ilə Qərb arasındakı gərginliyin tək predmeti Qarabağ problemidir
Rəsmi Bakı ilə Qərb arasındakı gərginliyin tək predmeti Qarabağ problemidir19-09-2014, 10:43 |
DİA.AZ: - Azərbaycan ordusunun hərbi təlimləri düşmən ölkədə böyük təlaş yaradıb. Bunu elə erməni mətbuatındakı ab-havadan, habelə cəbhə xəttindəki durumdan da sezmək mümkündür. Azərbaycandakı hərbi təlimlərə qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin qatılması isə ermənilərə əlavə təlaş gətirib. Hətta erməni KİV-ləri irəli gedərək bildirirlər ki, Türkiyə HHQ-yə aid hərbi təyyarələr Azərbaycanda təlimlərdə iştirak etdikdən sonra geri dönməyəcək. Düşmən mətbuatının belə bir iddiası əslində, onların həyəcanının təzahüründən başqa bir şey deyil. Bu arada isə DİA.AZ-a maraqlı bir informasiya daxil olub. Hərbi qaynaqlardan sızan informasiyada qeyd olunur ki, Azərbaycanın böyük hərbi təlimlərə başlaması və bu təlimlərə 10 min ehtiyatda olan hərbçini də cəlb etməsi təsadüfi deyil: «Məlumdur ki, rəsmi Bakı Qərblə konkret olaraq Qarabağ məsələsilə bağlı bütün münasibətlərini kəskinləşdirib. Bəlkə kimlərsə bunu fərqli formada izah etməyə çalışır. Amma yanlışdır. Azərbaycanda hansısa müxalifətçinin təqib olunmasına görə, qosqoca Amerika rəsmi Bakı ilə açıq konfliktə getməz və bu günə kimi getməyib də. Bütün gərginliklərin tək qaynağı rəsmi Bakının Qərbə və Qərbə aid beynəlxalq təşkilatlara sərt təpgi nümayiş etdirməsidir. Hələ keçən ilin sonlarından Azərbaycan hakimiyyəti Qarabağ probleminin həlli prosesindəki durğunluqla barışmayacağını net şəkildə ifadə etməyə başladı. Bundan əlavə, ölkə daxilində bu problemin həllinə fərqli baxış - hətta düşmən marağına yaxın baxışı təbliğ edənləri də təqib etməyə başladı. Bunlar təbii proses idi. Azərbaycan öz torpaqlarını geri qaytarmağın yeganə yolu olan MÜHARİBƏYƏ doğru irəliləyir. Bu yolda isə istənilən bir sapma təhlükəlidir. Bu gün Azərbaycan xalqına absurd «xalq diplomatiyası» yox, Qarabağda savaşa ruhlandıracaq ideyalar lazımdır. Və bu gün əslində düşmənin marağına işləyən «xalq diplomatiyası» ideyasının təbliğçilərinin istənilən birinin davranışının «vətənə xəyanət» hesab olunması da təsadüfi deyil». Mənbəmiz dia-az.life-a açıqlamasında bildirir ki, Azərbaycan elə hərbi təlimlərə ayırdığı böyük vəsaitlə niyyətinin ciddiliyini nümayiş etdirir: «Müharibə qaçılmazdır və Azərbaycan bu qaçılmaz aqibətə doğru sevə-sevə gedir. Qərb bunu yaxşı bilir. Rusiyanın isə bu məsələyə münasibəti də tədrici olaraq Azərbaycanın mənafelərinə uyğunlaşdırılır. Proses hələ başa çatmayıb. Amma Azərbaycan Qarabağda savaş haqqını əldə edəcək. Hər şey buna hesablanıb». Geri qayıt |