Əsas Səhifə > Siyasət, Manşet > Allahşükür Paşazadənin yerinə 13-cü Şeyx hazırlanır - QMİ çəmbərində ilginc olaylar
Allahşükür Paşazadənin yerinə 13-cü Şeyx hazırlanır - QMİ çəmbərində ilginc olaylar1-10-2014, 12:34 |
DİA.AZ: - Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə qarşı ittiham səsləndi. İttihamda deyilirdi ki, Həcc ziyarətinə Azərbaycandan gedənlər yenə də problemlə üzləşiblər. Amma buna baxmayaraq, QMİ deyilənləri təkzib edərək, bunu «qara piar» adlandırdı. Yəni açıq şəkildə iddia olundu ki, QMİ-yə qarşı kimlərsə kampaniya aparır. Əslində bunun belə olduğunu əvvəlindən də təxmin etmək olardı. Elə son zamanlar Allahşükür Paşazadənin müxtəlif istiqamətlərdən hədəfə alınması və bunun KİV-lərdə də geniş şəkildə işıqlandırılması kifayət qədər çox rastgəlinən bir hadisədir. DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə iddia edir ki, Bütün Qafqazın Şeyxinin hədəfə çevrilməsi təsadüfi deyil. Mənbənin dia-az.life-a söylədikləri: «Təbii ki, bu prosesin sonu Allahşükür Paşazadənin hazırki mövqeyindən uzaqlaşdırılmasına hesablanmayıb. Başlıca məqsəd Şeyxin nüfuzunun yıpradılmasından ibarətdir ki, artıq buna nail olunub da». Məlumatlı dairələrdən dia-az.life-a ötürülən bir başqa informasiyada isə qeyd olunur ki, Azərbaycanda konkret bir çevrə var ki, QMİ sədri postunda dəyişiklikdə maraqlıdır: «Artıq Azərbaycanın 13-cü Şeyxinin kimliyi də bəllidir. Bu adam uzun müddətdir Allahşükür Paşazadənin yerinə hazırlanır». Geri qayıt |