Əsas Səhifə > Siyasət, Manşet > Dövlət Neft Şirkətində kəmərləri sıxma zamanı yetişdi - ARDNŞ-də daha bir ixtisar dalğası

Dövlət Neft Şirkətində kəmərləri sıxma zamanı yetişdi - ARDNŞ-də daha bir ixtisar dalğası


22-10-2014, 11:10
Dövlət Neft Şirkətində kəmərləri sıxma zamanı yetişdi - ARDNŞ-də daha bir ixtisar dalğası
DİA.AZ: - Hələ keçən günlərdə informasiya verərək bildirmişdik ki, Dövlət Neft Şirkətinin strukturlarında ixtisarlar gözlənilir və çox keçmədi ki, informasiyamız təsdiqləndi. ARDNŞ-nin daha 300 işçisiini ixtisara saldığı xəbəri yayıldı.

Bu gün isə DİA.AZ-a ARDNŞ-nin daha bir strukturunda - «Azəriqaz»da ixtisarların baş verəcəyi ilə bağlı məlumatlar daxil olub.

Şirkətdəki mənbənin bildirdiyinə görə, «Azəriqaz»dan təxminən 200-ə yaxın işçinin ixtisara salınması gözlənilir.

Mənbə dia-az.life-ai açıqlamasında iddia edir ki, həmçinin neft şirkətinin daha bir neçə qolunda ixtisarlar gözlənilir.

Bunu maraqlı formada izahlayan qaynaq dia-az.life-a açıqlamasında onu da əlavə edib ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi ARDNŞ-i izafi xərclərdən qaçmağa, bir növ kəmərləri sıxmağa vadar edib…

Geri qayıt