Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycan tərəfindən Parisdə müharibə anonsu verilib
Azərbaycan tərəfindən Parisdə müharibə anonsu verilib28-10-2014, 10:12 |
DİA.AZ: - Prezidentlərin Paris görüşünə elə bu ilin yay aylarında baş tutan Soçi görüşü ərəfəsində olduğu qədərində ümidlər olsa da, yenə də ciddi dəyişikliyə gətirib çıxaracaq nələrinsə baş vermədiyi aşkar şəkildə hiss olunandır. Rəsmi Bakının Soçi görüşü və buna qədərki danışıqlar prosesində olduğu kimi Paris görüşməsinə də yetərincə hövsələli yanaşdığı da nəzərlərdən yayınmadı. Yəni Azərbaycan hələ ki səbr edir… Amma eyni zamanda Azərbaycan müharibə tədarükünü də yıpratmır. İndi isə sıra Obamadadır. Avqustda cəbhədəki gərginlikdən sonra dərhal işə müdaxilə edən ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrin dövlət başçıları bir-birilərinin ardından İlham Əliyevlə Serj Sərkisyanı bir araya gətirməklə, sanki öz missiyalarını yerinə yetirdiklərini nəzərlərə çatdırırlar. Amma bu görüşlərin əvvəllər də olduğunu və bu görüşlərin problemin həllində heç bir səmərə vermədiyini də yaxşı bilirik. Bir bildiyimiz də odur ki, əslində bu yolla hazırki status-kvonun - yəni əslində Qarabağın erməni işğalında saxlanılması vəziyyətinin konservləşdirilməsinə xidmət etməsi faktıdır. Azərbaycan isə bununla barışa bilməz. Rəsmi Bakı yetərincə səbrli davrandığını indi də nümayiş etdirir. Bütün diplomatik vasitələr tükənəndə isə silahın işə düşməsi labüddür. Əslində bu zaman çoxdan yetişib. Lakin Azərbaycan özünün sülh danışıqlarında prinsipial maraqlı tərəf olduğunu da diqqətlərə çatdırmaq fürsətini əldən vermir. İrəvanın mövqeyinə gəlincə isə, ermənilər hər zaman olduğu kimi oyunbazlıqları ilə diqqətə gəlirlər. Artıq Qarabağ probleminin həllində müstəsna mövqeyə keçid edən Kremlin təşəbbüsləri İrəvanda böyük narahatçılıq oyadıb. Məlum olduğu kimi, Rusiyanın Ermənistana Qarabağ ətrafı 7 rayondan geri çəkilməsi barədə tövsiyyəsi olub. Və İrəvanın hazırki hakimiyyəti bu şərti qəbul etməkdən başqa bir çarəyə malik deyil. Əks halda Rusiya kimi himayədarını qəzəbləndirə biləcək İrəvan Kremlin təkliflərinə qarşı öz daxilində saxta «xalq müqaviməti» təşkil etməklə situasiyanın qalibinə çevrilməyi düşünür. Avropa isə Rusiyanın belə bir təşəbbüskarlığını təhlükə kimi qəbul edir. Elə buna görə də artıq Almaniya kimi bir Avropa nəhəngi rəsmi Bakının könlünü oxşayacaq açıqlamalarda bulunmaqdadır. Həm bu mövqe dəyişikliyi və həm də elə Ollandın növbəti danışıqlar ünvanı kimi Parisi nişan verməsi əslində prosesdə Rusiyanın iştirakının zəiflədilməsinə hesablanan bir jest kimi də dəyərləndirilir. Azərbaycanın isə belə bir oyunlara heç də marağı yoxdur. Azərbaycanı bu gün təşəbbüsün kimin əlində olması yox, işğal altında olan torpaqların azadlığı maraqlandırır. DİA.AZ-a bu barədə fikirlərini bölüşən hökumətdəki mötəbər mənbə prezidentlərin Paris görüşü ilə bağlı ilginc bir faktı açıqlayıb. Mənbə iddia edir ki, Paris görüşməsində rəsmi Bakı tərəfindən danışıqların sona çatdığı xüsusi olaraq vurğulanıb. Mənbənin dia-az.life-a söylədikləri: «Yəni açıq şəkildə ifadə olunub ki, artıq ATƏT-in Minsk Qrupu Qarabağ probleminin həlli üçün olduqca dar bir ÇEVRƏDİR. Yəni bu qrup missiyasının öhdəsindən gələ bilmədi və ümumiyyətlə, danışıqlar səmərə vermədi. Rəsmi Bakının bu mövqeyi Fransa və Ermənistan tərəfindən narahatçılıqla qarşılanıb. Yəni artıq Azərbaycanın müharibə astanasında olduğu təxmin edilib». Mənbəmiz bu faktın əslində Azərbaycanın Qarabağ cəbhəsində taktika dəyişikliyinə getməsindən xəbər verdiyini də bildirdi: «Bəli, artıq müstəvilərin dəyişdirilməsi zamanı ytişib. Bu müstəvi dəyişikliyi zamanı seçim səngər də ola bilər». Geri qayıt |