Əsas Səhifə > Siyasət, Manşet > Səlim Müslümovun nazirliyində Füzuli Ələkbərov nostalgiyası – ƏƏSMN-də rəsmən bazar açılıb
Səlim Müslümovun nazirliyində Füzuli Ələkbərov nostalgiyası – ƏƏSMN-də rəsmən bazar açılıb29-10-2014, 09:56 |
DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri postuna təyin edildikdən sonra Səlim Müslümovun sanki yeni bir imajının cızılmasına girişildi. Əslində, bu, bir yeni siyasət idi. Və hakimiyyətin yeni dəst-xətti diqtə edirdi ki, nazirlər islahatçı kimi görünsünlər. Lakin xüsusi olaraq Səlim Müslümov yeni imicin şərtlərindən doğan davranış heç də yaraşmadı. Ən azından yeni imic bir qədər çeviklik və səmimilik tələb edir ki, bunlar da «sobez»lərdən yaxşı tanıdığımız Səlim Müslümov üçün heç də xarakterik hesab olunmur. Təbii ki, istənilən halda yaxşılığa doğru bütün dəyişikliklər alqışlanmalıdır. Və əgər Səlim Müslümov həqiqətən də yaxşılığa doğru dəyişiklik qərarı veribsə, hətta hazırki qeyri-səmimi görüntüsüylə belə cəmiyyət üçün müsbət fiqur hesab oluna bilər. Amma bir daha vurğulayırıq, əgər həqiqətən də belədirsə… Və bu gün əldə etdiyimiz məlumatlar da təsdiqləyir ki, əslində ƏƏSMN-də baş verənlər daha çox gözdən pərdə asmağa xidmət edir. Səlim Müslümov isə Dövlət Sosial Müdafiə Fondundakı ənənələrini ƏƏSMN-də dirçəltməkdən artıq nəyisə etmək niyyətində deyil. Çünki Səlim Müslümovun Fizuli Ələkbərovun yerinə nazir təyin olunmasına qədər DSMF-nin strukturlarındakı vəziyyət ƏƏSMN-nin strukturlarındakı durumdan qat-qat bərbad idi. Ən azından Fizuli Ələkbərov vəzifəsinin son aylarını həqiqətən də rəhbəri olduğun istiqamətin hədəfi olan sosial zümrənin rifah halının yüksəldilməsi işinə sərf etmişdi. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bu gün ƏƏSMN-də əməlli-başlı bazar açılıb. Nazirlikdəki qaynağın iddialarına görə, Səlim Müslümov nazir təyin olunandan sonra hər bir təyinatın xüsusi qiyməti müəyyən olunub. Mənbənin dia-az.life-a söylədikləri: “Amma Füzuli Ələkbərovun vaxtında belə deyildi. ən azından demək olardı ki, sabiq nazir indiki dövrdə qat-qat bahalı hesab olunan bir neçə vəzifəyə heç bir təmənna ummadan olduqca gənc kadrları təyin etmişdi. Səlim Müslümovun dövründə isə belə bir şey imkansızdır”. Mənbə bildirir ki, hətta nazirin göstərişi ilə həm ƏƏSMN-də və həm də Dövlət Sosial Müdafiə Fondunda “kadr siyasəti” biznesinə nəzarət edən nazirliyin aparat rəhbəri dünənə qədər “güzəştli rayonlar” hesab olunan cəbhə xəttindəki rayonlarla bağlı təyinatlardan da təmənna umur. Məlumata görə, məsələn, bu günlərdə “qaçqın rayonlardan” biri ilə bağlı təyinata görə 30 min manat tələb olunub. Mənbə dia-az.life-a danışır: “Təbii ki, digər rayonlarda bu qiymət qat-qat bahadır”. Hər halda, görünəni odur ki, artıq REKLAM OLUNMAĞA belə həvəsli görünməyən Səlim Müslümov Füzuli Ələkbərovdan təhvil aldığı nazirliyə müsbət nələrisə gətirə bilməyib. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |