Əsas Səhifə > Siyasət, Manşet > İran dindarları Məhərrəmlik ayında Azərbaycanda yeni tədbir planlayır

İran dindarları Məhərrəmlik ayında Azərbaycanda yeni tədbir planlayır


30-10-2014, 10:40
İran dindarları Məhərrəmlik ayında Azərbaycanda yeni tədbir planlayır
DİA.AZ: - Məhərrəmlik ayının yaxınlaşması fonunda İranın da Azərbaycanda fəallığı xüsusi olaraq artıb. Belə ki, Məhərrəmliklə əlaqədar dini ayinlər adı altında Azərbaycanda müxtəlif tədbirlər düzənlənir və düzənlənməsi gözlənilir ki, rəsmi Tehran buradakı əsas niyyətini gizlətmir də. DİA.AZ olaraq bu barədə verdiyimiz xəbərdə də qeyd etmişdik ki, İranın nüfuzlu din xadimlərindən olan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili Azərbaycandakı dindarları Məhərrəmlik ayında kütləvi ibadətlərə çağırmaqla yanaşı, baş tutacaq izdihamın digər təriqətlərə əzələ nümayişi olacağını da gizlətməmişdi.

İndi isə Azərbaycanda Məhərrəmlik ayında yeni tədbirin keçiriləcəyi anons edilir. Bu barədə məlumat yayan "arannyus"un xəbərini dia-az.life olaraq olduğu kimi diqqətinizə təqdim edirik:

İran dindarları Məhərrəmlik ayında Azərbaycanda yeni tədbir planlayır

"Arannews - 2003-cü ildə Hüseyn (ə) Südəmərləri toplantısının keçirilməsi ilə öz işinə başlayan Həzrət Əli Əsğər (ə) Beynəlxalq Assambleyası bir dini və xəlqi qurumdur.

Həzrət Əli Əsğər (ə) Beynəlxalq Assambleyasının təşəbbüsü ilə hər il məhərrəm ayının 1-ci cüməsində Hüseyn (ə) Südəmərləri mərasimi dünyanın bir çox yerində keçirilir.

12-ci Hüseyn Südəmərləri mərasimi Pakistan, İraq, Küveyt, Ərəbistan, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Əfqanıstan, Türkiyə, Oman, Qətər, Yəmən, Amerika, Hindistan, Nigeriya, Uqanda, Tanzaniya, Burkino-Faso, Seneqal, Kameron, Almaniya, Çili, Fransa və sairə kimi 40 ölkədə keçirilir. 20 min paltar 5 dildə, farsca, ərəbcə, ingiliscə, urdu və azərbaycanca 40-dan çox ölkəyə göndərilmişdir.

Bu il Hüseyn (ə) Südəmərləri mərasimi İranın 32 ostanında 2500-dən çox məkanda və 5 qitənin 40 ölkəsində 230 məkanda keçirilir.

Həzrət Əli Əsğər (ə) Beynəlxalq Assambleyasının sədri Davud Mənafipur beynəlxalq Səhər TV-yə bildirib : “Bu toplantı həm rövzəxanlıq, həm də "Kərbəla: Şiənin həyatı və Həzrət Əli Əsğər (ə) Kərbəlanın həyatı" mövzusunda keçirilir. Həzrət Əli Əsğər (ə) Beynəlxalq Assambleyası dünyada Aşura məktəbinin bərpa olunmasını məqsəd seçib. Dünyanın müxtəlif dillərinə 2000-dən çox sayt, 50-dən çox islam və qeyri-islam televiziyaları, bütün informasiya agentlikləri və 90 KİV bunu əks etdirmişdir. Bu hərəkatın heç bir vəchlə siyasi cəhəti yoxdur. Biz Həzrət Əli Əsğərin (ə) şəhidliyini irəli sürməklə təkcə şiəlikdə deyil, sünnilikdə və xristianlıqda və bütün dinlərdə Kərbəlanı dünyaya tanıtdıra bilərik. Qafqaz ölkələrində, xüsusilə də Azərbaycanda da bu məsələ çox yaxşı qarşılanır və bu il əgər Allah istəsə, Azərbaycanın üç şəhərində bu mərasim təşkil olunacaq".”

Geri qayıt