Əsas Səhifə > Siyasət, Manşet > Avropadan rəsmi Bakıya açıq təklif gəlibmiş: «Rusiyaya qarşı cəbhə açın»…
Avropadan rəsmi Bakıya açıq təklif gəlibmiş: «Rusiyaya qarşı cəbhə açın»…20-11-2014, 10:37 |
DİA.AZ: - «Qərbin rəsmi Bakıya təzyiqlərinin arxasında konkret bir məqam dayanır: Rusiya-Azərbaycan münasibətlərindəki istiləşmə… Buna görə də hansısa beynəlxalq təşkilatın Azərbaycanda demokratikləşmə, insan haqlarının müdafiəsi kimi davaları apardığını iddia etmək səmimiyyətdən uzaqdır». Bu sözləri DİA.AZ-a söyləyən məlumatlı mənbə olduqca ilginc bir faktı da açıqladı. Mənbə dia-az.life-a verdiyi xəbərində iddia edir ki, hələ bu ilin əvvəlində Azərbaycanda səfərdə olan nüfuzlu təşkilatlardan birinin nümayəndəsi rəsmi Bakıya net təkliflərdə bulunub və bunu Avropa Birliyi və ABŞ-ın adından etdiyini də gizlətməyib. Mənbənin söylədikləri: «Azərbaycan tərəfinə Rusiya ilə münasibətlərə yenidən baxması təklifi edilib. Əslində rəsmi Bakını Kremllə üz-üzə qoymağa hesablanmış bu təkliflə Azərbaycanın Rusiyanın birbaşa hədəfinə çevriləcəyi şübhəsiz idi. Və elə buna görə də Azərbaycan bu təklifə qəti şəkildə rədd cavabı verməklə yanaşı, O zamanlar və indi aktual olan Ukraynada baş verənləri, habelə Gürcüstanın yaşadıqlarını konkret nümunə kimi çəkib. Bu zaman avropalı elçi rəsmi Bakıya təminat verməkdən belə çəkinməyib. Amma indi görünəni odur ki, Azərbaycan Qərbin bu təklifindən imtina etməklə, bəlkə də hansısa iqtisadi rıçaqlarından vaz keçmiş hesab olunsa da, ümumilikdə olaraq Azərbaycan dövləti adına ciddi bir qərar qəbul etmih olub». Onu da bildirək ki, redaksiyamız qeyd olunan olayla bağlı yeni faktların əldə olunması üçün araşdırmaya başlayıb. Daha dolğun bilgiləri yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik… Geri qayıt |