Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət parlament seçkilərinə qədər dəyişikliklərə gedir
Hakimiyyət parlament seçkilərinə qədər dəyişikliklərə gedir25-11-2014, 10:41 |
DİA.AZ: - «İki rayonun icra başçısı ilə bağlı qərar verilib. Yaxın günlərdə rəsmiləşəcək. Onlardan biri Xaçmaz rayonunun icra başçısıdır. Şəmsəddin müəllim artıq kifayət qədər yaşlı bir başçı kimi hörmət-izzətlə vəzifəsindən alınacaq». Bu sözləri DİA.AZ-a açıqlamasında bildirən hökumətdəki məlumatlı mənbə bildirdi ki, bu həftə olmasa da, uzağı gələn həftəyə bir neçə rayonun icra başçısı vəzifəsindən alınacaq. «Qarşıdan parlament seçkiləri kimi ciddi bir siyasi mərhələ gəlir. Elə rayon rəhbərləri var ki, onlara qarşı kifayət qədər ciddi aqressiya var və bu hal da ümumiqtidar maraqları baxımından sərfəli hesab olunmadığından bəzi rayon İH başçılarından imtina qərarı verilib» - deyən məlumatlı mənbə dia-az.life-a açıqlamasında onu da əlavə etdi ki, gözlənilən dəyişikliklərdə prioritet xətt narazılıq yaradanların cəzalandırılmasıdır. Xatırladaq ki, bu günlərdə eyni islahatlar prokurorluq və polis sistemində də həyata keçirilib. Geri qayıt |