Əsas Səhifə > Siyasət, Manşet > Elmar Vəliyev universitet ərazisini satan rektorun qərarını ləğv etdi

Elmar Vəliyev universitet ərazisini satan rektorun qərarını ləğv etdi


3-02-2015, 09:12
Elmar Vəliyev universitet ərazisini satan rektorun qərarını ləğv etdi
DİA.AZ: - Neçə gündür adı qalmaqalda hallandırılan və yaxın adamı rüşvət ittihamı ilə həbs olunan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov indi də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin hədəfinə çevrilib. Bu barədə DİA.AZ-a Gəncədəki mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, rektor Gəncə ŞİH başçısının xəbəri olmadan GDU-nun ərazisinin bir qismini öz dədə malı kimi satıb. Və bu zaman başçı ilə rektor arasında ciddi problem yaranıb.

Mənbənin dia-az.life-a söylədikləri: «Bu alış-veriş başçının marağında olmadığından, konkret olaraq bu alış-verişdən başçıya pay çatmadığından dünən günorta saatlarında Elmar Vəliyev şəxsən GDU ərazisinə gələrək, universitetin fərdi şəxsə satılmış hissəsində aparılan inşaat işini yarımçıq durdurmuş, eyni zamanda, alqı-satqı qərarını ləğv etdirmişdir».

Mənbə bildirir ki, bu hadisə böyük rezonans yaradıb və işə hətta təhsil nazirliyinin də yetkililəri qarışıb.

Qeyd edək ki, Elmar Vəliyevin təhsil naziri Mikayıl Cabbarovla da münasibətləri qaydasında deyil. Yəni aydın olanı odur ki, GDU rektoru həm də naziri ilə icra başçısı arasında yeni qovğanın yaranmasına da şərait yaratmış olub.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…


Geri qayıt