Əsas Səhifə > Siyasət, Manşet > Çevik tərpənən icra başçısı əlindəki nağd 600 min manatı belə «əritdi»
Çevik tərpənən icra başçısı əlindəki nağd 600 min manatı belə «əritdi»23-02-2015, 10:45 |
DİA.AZ: - Ölkədə «dollar bumunun» yaşadığı bir məqamda məmurların daha çox narahatçılıq keçirdiyi də hiss olunandır. Belə ki, əllərindəki pulların miqdarını dolların manata nisbətən kəskin şəkildə bahalaşması ilə 33 faiz qədərində itirən yüzlərlə məmurun olduğu söylənilir. Hansılar ki, bu prosesdən xəbərdar olmayıblar. Yəni məsələn, bir məmurun əlində 100 min manat nağd pulu var idisə, bir gecədə dollara nisbətdə 33 faiz qədərində azalmış oldu. DİA.AZ-a verilən məlumatda isə həmin məmurlardan birinin ilginc üsula əl atdığı deyilir. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, Azərbaycanda icra başçılarından biri əlindəki 600 min manatı dolların bahalaşmasından dərhal sonra daşınmaz əmlaka yatırıb. Mənbənin dia-az.life-a söylədikləri: «Həmin icra başçısı əslində prosesdən xəbərdar idi, amma vaxt məsələsində yubanması olduğundan keçən həftənin şənbə günü verilən qərardan 1 saat sonra Bakının ayrı-ayrı yerlərində ümumi qiyməti 600 min manat olan 3 yaşayış mənzili alıb». Onu da bildirək ki, həmin icra başçısının hazırda Nəsimi rayonuna rəhbərlik edən Nəsib Məhməliyev olduğu söylənilir. Lakin bu barədə dəqiq bilgilərimiz yoxdur. Geri qayıt |