Əsas Səhifə > Siyasət, Manşet > FHN işçisi iki bankın əlində aciq qalıb – Maaşının tamamını əlindən alsalar da, əl çəkmirlər...

FHN işçisi iki bankın əlində aciq qalıb – Maaşının tamamını əlindən alsalar da, əl çəkmirlər...


26-02-2015, 09:43
FHN işçisi iki bankın əlində aciq qalıb – Maaşının tamamını əlindən alsalar da, əl çəkmirlər...
DİA.AZ: - Ucar Rayonu Rəstəcə kəndi sakini Hüseynov Sərvan Kərəm oğlu redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. DİA.AZ həmin məktubu təqdim edir:

“Mən 10 ildir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Şöbəsində bölmə komandiri vəzifəsində işləyirəm. İşimdən və dövlətimizin verdiyi maaşdan çox razıyam. Ancaq Respublika Bankının Göyçay filialı ilə “Kapital Bank”ın Ucar filialı mənim aldığım 440 manat əmək haqqının hamısını kredit borcuna götürdüklərinə görə ailəm yoxsulluq şəraitində, acınacaqlı vəziyyətdə yaşayır. Himayəmdə olan 3 azyaşlı uşağımın həyat və sağlamlıqları ciddi təhlükədədir.

Ata evində darısqallıq olduğu görə yeni ev tikdirmək üçün bu banklardan kredit pul götürdüm. İlk növbədə mən elə bilirdim ki, götürdüyüm kredit pula görə aylıq maaşımın yarısını Bank alacaq. Ancaq belə olmadı Respublika Bankının Göyçay filialı maaşımın hamısını birbaşa götürdü. Hətta məndən əlavə pul da tələb edirlər. İndi isə məni qorxudurlar ki, tezliklə krediti ödəməsən, Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik, səni işdən qovsunlar. 10 ildir ki, FHN-nin Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində işləyirəm. Nizam-intizamı daima gözləmişəm. Mənim əmək haqqımı tamamilə əlimdən alıb ailəmi dilənçi vəziyyətinə salan Respublika və Kapital Bankları indi məni işdən qovma ilə hədələyirlər ki, bu haqsızlıqdır.

FHN işçisi iki bankın əlində aciq qalıb – Maaşının tamamını əlindən alsalar da, əl çəkmirlər...

Bankdan kredit götürmüşəm borcum var bunun məsuliyyətini bilirəm və hər ay ödəyirəm. Ancaq mən Bank rəhbəliyinə müraciət edib xahiş etdim ki, ailə vəziyyətimi nəzərə alıb maaşımın yarsını borcuma çıxın yarsınıda özüm alım ki, ailəm acından ölməsin. Bunlar isə məni işdən qovdurmaqla hədələdilər.

Allahı başınızın üstündə görün, bu haqsızlıqdır. Üç azyaşlı körpənin ah-naləsi Sizi tutar. Mən bütün aidiyyatı orqanlardan xahiş edirəm mənə kömək edin ki, halal 440 manat maaşımdan acından ölməyib dolanmaq üçün ailəmədə qalsın. Xahiş edirəm köməklik edin”.

Qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq…

Geri qayıt