Əsas Səhifə > Siyasət, Manşet > Siyəzən «Polimer Sənaye Parkı» fabrikinin direktoru həbs oluna bilər
Siyəzən «Polimer Sənaye Parkı» fabrikinin direktoru həbs oluna bilər30-03-2015, 08:42 |
DİA.AZ: - Hüquq-mühafizə orqanları Siyəzəndə böyük yeyinti faktını ifşa ediblər. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya ötürülüb. Xəbəri verən qaynaq bildirir ki, Siyəzəndə yerləşən «Polimer Sənaye Parkı» fabrikinin rəhbərliyi külli miqdarda dövlət vəsaitini mənimsədə ittiham olunur. Qeyd edək ki, sözügedən fabrikdə plastik məmulatlar - su və kanalizasiya boruları, lambir və s. İstehsal olunurdu. Fabrikin inşasında Sahibkarlara Milli Yardım Fondundan 10 milyon manatlıq vəsait xərclənib və fabrikdə 100-ə yaxşı işçi çalışırdı. Məlumatlı mənbənin dia-az.life-a verdiyi informasiyaya görə, fabrikə avadanlıqların alınması zamanı güzəştli kreditlərin böyük bir hissəsinin «Polimer Sənaye Parkı» fabrikinin direktoru Rahim Maqsudov tərəfindən mənimsənilməsi faktı olub. Mənbə bildirir ki, artıq bu fakt üzrə cinayət işi açılıb və fabrikin fəaliyyəti dayandırılıb. Onu da bildirək ki, bu qərar nəticəsində 100-ə yaxın işçi də işsiz qalıb. Xəbərə görə, Rahim Maqsudovun korrupsiyası təkcə qeyd olunan faktdan ibarət olmayıb. «Polimer Sənaye Parkı» fabriki rəhbərliyinin külli miqdarda vergi, əməkhaqqı və hətta elektrik enerjisi borcları da var. Məlumata görə, hazırda Baş Prokurorluqda Rahim Maqsudov, həmçinin fabrikin baş mühasibi Nigar Qəhrəmanova barəsində külli miqdarda yeyinti ittihamı ilə araşdırma aparılır. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |