Əsas Səhifə > Siyasət, Manşet > Qərib Məmmədovun başsız qalan işçiləri hətta maaşlarını belə ala bilmirlər…

Qərib Məmmədovun başsız qalan işçiləri hətta maaşlarını belə ala bilmirlər…


15-04-2015, 09:34
Qərib Məmmədovun başsız qalan işçiləri hətta maaşlarını belə ala bilmirlər…
DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv ediləndən sonar bir çox mütəxəssislər ciddi problemlərlə üz-üzə qalıb, desək, yanılmarıq… Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, ləğv qərarından sonar həyata keçirilən struktur dəyişiklikləri nəticəsində iş yerlərini itirən və kifayət qədər peşəkar olan kadrların böyük əksəriyyəti bu gün yeni tabe olduqları qurumların rəhbərləri ilə dil tapa bilmədiklərindən işsizə çevrilməkdədirlər.

Bir başqa problemn də var ki, bununla bağlı dia-az.life-a nin Dövlət Yerquruluşu və Layihə İnstitutunun Gəncə Rayonlararası Yerquruluşu İdarəsinin mühəndislərindən biri (adı redaksiyaya məlumdur –red.) müraciət edib.

Narazı mühəndis bildirir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu və Layihə İnstitutunun Gəncə Rayonlararası Yerquruluşu İdarəsinin mühəndisi postunu tutur:

“Sizə müraciət etməyimin səbəbi komitə ləğv olunandan bu günə kimi biz əmək haqqı üzünə həsrətik. Bu, bir tərəfə... Bizi Bakıya çağırıb sorğu-suala tutmaqdadırlar. İdarə rəisinin “ərizənizi yazın gedin, iş yoxdur” deməsi “kim işləmək istəyir getsin şəxsi maşını ilə Yevlaxda, Göygöldə, Samuxda işləsin”, “ya qismət əmək haqqı olar alarsız, olmaz da ki mənə nə” ifadələri bu gün bizi rəsmən ümidsiz və şarəsiz bir vəziyyətə salıb.

Maraqlıdır ki, dövlət maşın yanacaq ezamiyyə pulu ayırdığı halda biz niyə yol pulu ilə təmin olunmalı deyilik. Bu sualı isə rəisə verəndə “pul yoxdur” deyir”.

Daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu və Layihə İnstitutunun Gəncə Rayonlararası Yerquruluşu İdarəsinin mühəndisi bildirir ki, artıq 3aydır ki əmək haqqı ala bilmirlər”.

Geri qayıt