Əsas Səhifə > Siyasət, Manşet > 1 ildir haqqını arayan sabiq polis əməkdaşı nazirdən kömək istədi
1 ildir haqqını arayan sabiq polis əməkdaşı nazirdən kömək istədi26-05-2015, 08:34 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən sabiq polis əməkdaşı Qırxlarov Aydın Qəhrəman oğlu başıma gətirilən faciədən danışır. DİA.AZ-a yazan vətəndaş bildirir: “Hadisə 22 aprel 2014-cü ildə şəxsi maşınımla Yasamal rayonu ərazisində 20 yanvar istiqamətinə gedərkən baş verib. Arxadan yüksək sürətlə gələn Prado 10- NH-900 dövlət qeydiyyat nişanlı avtomaşınla məni vurdular. Yanımda həyat yoldaşım da var idi. Zərbə o qədər güclü oldu ki, bizim maşınımızı bir neçə metr qabağa tulladı. Elə bil boynumun arxasından kimsə vurdu. Çox güclü ağrı hiss etdim. Maşında olan şəxs polis əməkdaşı idi. Polis kapitanı rütbəsində idi. Şevronunda YPX yazılmışdı. Onu da qeyd edim ki, mən özüm də polis əməkdaşı olmuşam. Hadisədən sonra məni yararsız kimi işdən çıxardılar. Mən həmin vaxt komaya düşdüm. 1 ay 26 gün komada qaldım. Vəziyyətimdən istifadə edib , cinayətin izini itirmək üçün onun adı gizlədildi. Guya ki, onun yerinə maşında başqası olub. Məhkəməyə onun qohumu olan Şamilov Əzəddin Nurəddin oğlunu gətirdilər.O, əvvəlcə ifadəsində bildirdi ki, mən bu hadisəni törətmişəm. Sonralar o da ifadəsini dəyişdi. Məhkəmə onu zərərçəkmiş kimi tanıdı. Bütün bu olanların hamısını Talıbov Miryusif Fazil oğlunun üstünə atdılar. Əsl cinayəti törədən hazırda Türkiyədə gizlənib. Məhkəmə də bildirdim ki, məni bu şəxs vurmayıb. Heç hadisə baş verəndə onun sürdüyü maşın mənim maşınımla da toqquşmayıb. O, heç bir qəza törətməmişdi. Məcburi qaydada günahı üstünə qoydular. Onun da ürəyi partlayıb öldü. Məhkəmənin sədri Azər Tağıyev mənə dedi ki, sən nə etsən də mənim çıxardığım qərarı dəyişdirə bilməzsən. Hadisə baş verən zaman jurnalistlər də orda idi. Mən sizə qəzanın hansı avtomaşınlar arasında baş verdiyini göstərən videonu təqdim edəcəm. Bu barədə vəkil söyləməli idi. O da elə məhkəmənin verdiyi vəkil idi. Mənim imkanım olmadığından vəkil tuta bilmədim.Vəkil məni müdafiə etmək əvəzinə məhkəmənin dediklərini deyirdi. Ümumiyyətlə məhkəmədə mənimlə çox kobud rəftar olunurdu. Zərərçəkmiş tərəf olsam da, mənimlə cinayətkar kimi davranırdılar. Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan narazıyam.Ona görə də Appelyasiya şikayəti vermişəm. Burada Camal Ramazanovun sədrliyi ilə işə baxılır. Ancaq heç bir irəliləyiş gözləmirəm. Mənə bildirilər ki, şikayət etməyim. Geri çəkilim”. Daha sonra narazı vətəndaş dia-az.life-a yazır: “Mən II qrup əlil kimi tanınmışam. Amma indiyə kimi heç bir pensiya və kömək almamışam. Komada olduğum müddətdə də mənə heç bir yardım göstərilməyib. Hamısı öz hesabımıza olub. - İstəyirəm ki, məni vuran şəxs istintaqa cəlb edilsin. Bu gün əmək qabiliyyətimi itirmişəm. İşsizəm. Mənə dəymiş ziyan ödənilsin. Həmçinin mənə qanunla düşən pensiyanı alım. Buna görə də mətbuat vasitəsilə Daxili işlər Nazirindən mənə kömək etmələrini xahiş edirəm. Əlaqə telefonu 055 847 09 26” Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |