Əsas Səhifə > Siyasət, Manşet > Ucarda lombard fırıldağı: Vətəndaşın 25 min dollarını belə əritdilər...
Ucarda lombard fırıldağı: Vətəndaşın 25 min dollarını belə əritdilər...2-09-2015, 09:39 |
DİA.AZ: - DİA.AZ-a müraciət edən Ucar rayon sakinləri lombardda 25 min dollarlıq qızıllarının rəsmən mənimsənilməsindən giley edirlər. Artıq çarələrinin üzüldüyünü deyən narazı vətəndaşlar dia-az.life-a müraciətlərində bildirir: "Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, "EL and N" MMC -nin Ucar rayon şöbəsində 25.000 ABŞ dolları dəyərində qızıl zinyət əşyalarımızı qanunsuz olaraq mənimsəmişdilər ki, bu cinayət faktıdır.Belə ki, 29 noyabr 2014-cü il tarixdə "EL and N " MMC-nin Ucar rayonunda yerləşən şöbəsinə özümüzə məxsus 25.000 ABŞ dolları dəyərində brlyant qaşları olan qızıl zinət əşyalarınızı girov qoymaqla Məmmədov Ceyhun Qnyaz oğlunun adına 1400 manat pul götürülməyinə dair girov müqaviləsi bağladıq. Ancaq qızıl-zinət əşyalarındakı brlyant qaşları hesaba almadılar. Bundan sonra hər ay 140 manat olmaqla 6 ay pul ödədik. Sonraki aylar faiz ödəyə bilmədik deyə heç bir xəbərdarlıq etmədən 25.000 ABŞ dolları dəyərində qızıl zinyət əşyalarımızı mənimsədilər. Bu qanunsuz əməl barədə " EL and N " MMC -nin rəhəbri olan Nigar xanıma zəngi edib bildirdikdə "hara istəyirsiniz şikayət edin amma heç bir mənası yoxdur müqaviləyə imza edilib, qızıl zinət əşyalarını əridib satmışıq" cavabını verdi". Daha sonra Ucar sakinləri dia-az.life-a yazır: "Bu cinayət əməlidir ki, "EL and N " MMC tərəfindən törədilmişdir.1400 manat faiz pulun müqabilində 25.000 ABŞ dolları qiyməti olan brlyant qaşlı qızıl zinət əşyalarımızın girov götürülməsi, 840 manat ödənişdən sonra ödəniş edə bilmədiyimiz üçün heç bir xəbərdarlıq edilmədən qızıl zinyət əşyalarının satılaraq mənimsənilməsi ağır cinayət əməli hesab edilməli bu fakt araşdırılıb cavabdeh " EL and N" MMC-nin barəsində qanuna müvafiq tədbirlər görülməlidir.1400 manat pula qarşı 25.000 ABŞ dolları qiymətində qızıl zinət əşyalarını satıb mənimsəyən "EL and N" MMC-nin belə küllü miqdarda qazanca görə dövlətə nə qədər vergi ödəməsi araşdırılmalıdır, hansı lisenziya ilə işləməsi yoxlanılmalıdır, müqavilə şərtlərinin qanuna müvafiq olub-olmaması yoxlanılmalıdır, girovun hərraca çıxarılmadan, sahibinə məlumat verilmədən satılıb mənimsənilməsinin qanuna müvafiq olub-olmaması araşdırılmalıdır.Ümumiyyətlə "EL and N "MMC-nin fəaliyyəti yoxlanılmalıdır.Bu qızılları özümüz satmadıq ki, üç nəfərə məxsus cehizdir, yadigardır, dedik Lombarddan götürdüyümüz pulu alverə yönəldib qazancımızdan verib qurtarıb qızıllarımızı geri alarıq.Elə oldu ki, fikirləşdiyimiz kimi ticarət fəaliyyətimiz alınmadı, ziyana düşdük. İndi isə "EL and N" MMC-nin talançı hərəkətlərinə görə özümüzü öldürmə həddindəyik.Bu brlyant qaşlı qızıl zinət əşyaları evimizin ailəmizin cehizi yadigarı idi.Biz artıq bu talançılıq, dələduzluq cinayəti barədə başda Prezident olmaqla, Baş Prokurora, Daxili İşlər Nazirinə, Vergilər Nazirinə, Maliyyə Nazirinə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik. Mətbuat vasitəsi ilə də başda Prezident cənab İlham Əliyev olmaqla bütün aidiyatı orqanlardan xahiş edirik öz qanunsuz talançı hərəkətləti ilə bizi intihar həddinə çatdırmış " EL and N" MMC barəsində qanunu tədbirlər görəsiniz. Ucar rayon sakinlər; 1) Məmmədov Ceyhun Qnyaz oğlu 2) Novruzov Ələkbər İslam oğlu 3) Babayev Famil Cümşüd oğlu" Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |