Əsas Səhifə > Siyasət, Manşet > Ekologiya postunda sürücülər "rüşvət tozanağına" necə tutulur...
Ekologiya postunda sürücülər "rüşvət tozanağına" necə tutulur...12-09-2015, 09:58 |
DİA.AZ: - DYP-nin ekologiya postu artıq sürücülərin qorxduğu, çəkindiyi obyektə çevrilib. Çünki Bakıya daxil olan, həmçinin paytaxtı tərk edən avtomobil sahibləri əksər hallarda postun rəisi Fuad müəllimin əməkdaşlarının özbaşına əməlləri ilə üz-üzə qalırlar. Əldə etdiyimiz bilgilərə görə, ekologiya postunda fəaliyyət göstərən yol polislərinin sürücüləri qaydaları pozduğuna görə deyil, müəyyən maraq üçün saxlamaları artıq adi hal alıb. DİA.AZ xəbər verir ki, bu və digər önəmli məqamlarda bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxs iddia edir ki, sürücülərin DYP-nin ekologiya postu ilə bağlı ən çox şikayət etdikləri məsələlər sırasında radar, səbəb göstərilmədən protokol tərtib etmək üstünlük təşkil edir: «Şübhəsiz sürücülər sürət həddini aşdıqları təqdirdə yollarda quraşdırılmış radar sistemlərinə yaxalanırlar. Bu sistemin özəlliyi ondan ibarətdir ki, yollarda nəzərdə tutulmuş sürət həddini aşan nəqliyyat vasitələrinin fotolarını çəkib, onları avtomatik protokollaşdırır. Ardından isə həmin protokol sürücünün ünvanına göndərilir. Elə əsas problem də məhz bu zaman yaşanır. Əgər radarlara tuş gəlmiş sürücülər protokolla razılaşarlarsa, nəzərdə tutulmuş cəriməni bank, poçt və ya DYP-nin post terminalları vasitəsi ilə ödəməlidirlər. Lakin Fuad müəllimin rəisi olduğu DYP-nin ekologiya postu bütün bu «funksiyaların» hamısını həyata keçirə biləcək gücdədir. Odur ki, sürücülərin kabusu, yol polislərinin əsas qazanc yeri olan ekologiya postunda cərəyan edən neqativ hallardan xəbərsiz olan yoxdur». Fuad müəllimin tabeçiliyində çalışan yol polislərinin sürücülərlə olduqca kobud və etikadan kənar davrandıqlarını vurğulayan mənbənin sözlərinə görə, DYP-nin ekologiya postunun yaxınlığında yerləşən «Şamlıq» hamamı post rəisinə məxsusdur: «Bundan başqa, onun Bakı, Xırdalan və Sumqayıtda çoxlu sayda mənzili, bir neçə avtomobili və iri biznes obyektləri var. Onu da qeyd edim ki, DYP-nin ekologiya postunda radara düşmüş şəxslərin işini hər iki tərəfi qane edəcək formada yoluna qoyacaq şəxslər də fəaliyyət göstərir. Məhz həmin şəxslər radara düşənlərə yaxınlaşaraq işlərini «asanlaşdırmaq» üçün yardımçı ola biləcəklərini bildirirlər. Deyilənlərə görə, vasitəçi rolunda çıxış edən həmin şəxslər yol polisi ilə sürücü arasında yaranmış «məsələ»ni qısa zamanda həll etməyə qadirdirlər. Bunun üçün ilk öncə sürücüyə radara düşdüklərinə dair fotoları və buna uyğun şəkildə tərtib olunmuş protokol göstərilir. Bundan sonra «danışıqlar»a start verilir. Son nəticədə DYP-nin ekologiya postunun əməkdaşları böyük məbləğli cərimələrə «düzəliş» edərək işi yoluna qoyurlar. Lakin burada bir qəliz məsələ var, o da yazılan cərməyə görə sürücülük vəsiqəsinə yazılacaq cərimə ballarıdır. Ki, postun rəisi Fuad müəllimin əməkdaşları bu işin də çarəsini tapıblar. Belə ki, onlar öz adamlarının sürücülük vəsiqəsinə balları yazaraq, problemi həll edirlər. Görünür, post rəisi məhz bu cür «əməliyyat»lar sayəsində az qala milyarderə çevrilib…» dia-az.life olaraq qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq. Geri qayıt |