Əsas Səhifə > Siyasət, Manşet > 8-ci sinif dərsliyindəki "jarqon biabırçılığı" kimə söykənirmiş...

8-ci sinif dərsliyindəki "jarqon biabırçılığı" kimə söykənirmiş...


26-09-2015, 09:14
8-ci sinif dərsliyindəki "jarqon biabırçılığı" kimə söykənirmiş...
DİA.AZ: - Bir neçə gün əvvəl dərsliklərimizdəki eybəcər mənzərə bir problem kimi yetərincə icitmailəşdi. Hətta bu problemə səbəb olan kitab müəllifləri ortaya çıxaraq izahat verməyə də çalışdılar. Amma yetərli olmadı. Əslində yetərli olmayacaqdı da. Sən demə, səbəb başqa imiş. Çünki bizdə dərsliklər şagirdlərin bilik-savad yiyəsi olmaları marağı ilə yox, kimlərinsə özəl maraqları əsasında ərsəyə gəlirmiş. Elə DİA.AZ-a daxil olan aşağıdakı müraciətin müəllifi olan müəllimlər də həmin narahatçılığı ifadə edirlər:

8-ci sinif dərsliyindəki "jarqon biabırçılığı" kimə söykənirmiş...

"Hörmətli Redaksiya!

Biz bir qrup Azərbaycan dili və ədəbiyyat müəllimləri sizə müraciət edirik! Məlum səbəblərdən öz adımızı hələlik bildirmək istəmirik. Səbəbini isə müraciətimizlə tanış olduqdan sonra başa düşmək olar. Müraciətimiz hazırda istifadə olunan 8-ci sinif Azərbaycan dili dərsliyi ilə bağlıdır.

Əldə etdiyimiz məlumatlara əsasən, 8-ci sinif dərsliklərinin qiymətləndirilməsi zamanı TQDK hazırda istifadədə olan dərsliyə çox aşağı bal vermiş və onun istifadəsini yararsız hesab etmişdir.

Belə bir kitabın qəbul edilməsinə səbəb isə müəlliflər Samirə Bektaşinın Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlının qudası, digər müəllif Tofiq Hacıyevin isə yenə Faiq Şahbazlının kirvəsi olmasıdır".

Artıq buradan pişiyin quyruğu tam çılpaqlığı ilə görünür. Daha sonra müraciət müəllifi olan müəllimlər dia-az.life-a yazırlar:

"Həyəcanla bildirmək istəyirik ki, yeni nəşr olunmuş 8-ci sinif Azərbaycan dili dərsliyi millətimizin mənəvi dəyərlərinə güclü zərbə vurur. “Yenilik” sözü arxasında gizlənən müəlliflər dilimizə xəyanət etmişlər.

Jarqon sözlər dərsliyə daxil edildikdən sonra şagirdlər artıq bir-birləri ilə yarı zarafat, yarı ciddi həmin tərzdə danışmağa başlamışlar. Əvvəla, “debil” xəstəliyinin daşıyıcıları olan inklüziv şagirdlər üçün bu – ölümə bərabərdir. İkincisi, müəlliflər özlərini təmizə çıxarmaq üçün bəhanə gətirirlər ki, bu mətni biz pis nümunə kimi vermişik, Onda eyni məntiqlə küçə söyüşlərini və kriminal jarqonları da vermək lazımdır.

Hörmətli redaksiya!

Xahiş edirik dilimizi qorumaq məqsədi ilə bu kitabın işıq üzü görməsinə məsuliyyət daşıyan şəxsləri ən azından, ictimai qınaq obyektinə çevirməklə, gələcəkdə belə xəyanətlərin təkrar olunmasının qarşısını alasınız".

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt