Əsas Səhifə > Siyasət, Manşet > "Cənnət Bağı"ndan idarə olunan rayon...
"Cənnət Bağı"ndan idarə olunan rayon...27-11-2015, 09:17 |
DİA.AZ: - Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı DİA.AZ-a olduqca ilginc məlumatlar daxil olub. Rayondakı mənbəmizin sözlərinə görə, gününü kef çəkməyə sərf edən icra başçısı xidməti otağından daha çox "Cənnət bağı" restoranında əyləşir. Mənbənin dia-az.life-a söylədikləri: "İcra başçısı özünə yaxın yerli məmurlarla "Cənnət bağı" restoranında gecə yarıya qədər davam edən əyləncələr təşkil edir. Ümumiyyətlə isə bu kimi dəbdəbəli qonaqlıqlar Vaqif Abdullayevin həyat tərzidir. İş o həddə çatıb ki, icra başçısı ilə görüşmək istəyənlər də Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasına yox, "Cənnət Bağı" restoranına üz tuturlar. Şünki başçını ancaq orada tapmaq mümkündür". Mənbə hətta məlumatında maraqlı bir faktı da açıqlayıb. Onun dia-az.life-a bildirdiklərindən belə aydın olur ki, bu günlərdə Bakıdan gələn vəzifəli şəxslərdən biri seçkilərlə əlaqədar Vaqif Abdullayevlə görüşmək istəyib. Bu zaman isə özünün "iş məkanında" olan başçı Bakıdan gələn qonağını da ora çağırıb: "Yəni rəsmi dövlət adından gələnləri də kabinetində yox, məhz "Cənnət Bağı"nda qəbul edir. Orada isə başçının kef məclisi yoldaşları üstünlük təşkil edir. Rayon restorandan idarə olunduğundan müavinlər belə onun ardınca təlimat almaq üçün "Cənnət Bağı"na üz tuturlar". Onu da qeyd edək ki, mənbəmiz dia-az.life-a əlavə faktları da təqdim edib. Bu və digər ilginc məqamlarla bağlı daha ətraflı isə növbəti yazımızda bəhs edəcək və aşağıdakı sualları da cavablandırmağa çalışacağıq: - Vaqif Abdullayev hansı xanımı Beyləqan RİH-də vəzifəyə gətirmək istəyib, amma hansı səbəbdən bu planından vaz keçib? - Həmin xanım kimdir və.... - İcra başçısı "Cənnət bağı" restoranında kimləri cəzalandırmaq eşqinə düşüb? - Vaqif Abdullayev işlətdiyi hansı cümlənin güdazına gedə bilər... Geri qayıt |