Əsas Səhifə > Siyasət, Manşet > Quba məhkəməsində hansı dövrün və dövlətin qanunları işləyir?
Quba məhkəməsində hansı dövrün və dövlətin qanunları işləyir?25-01-2016, 08:22 |
DİA.AZ: - Redaksiyamıza şikayət edən Quba rayonu Mirzəmməd kənd sakini Allahverdi Şıxbabayevin narazılığı rayondakı özbaşınalıqlardandır. DİA.AZ şikyətçinin yolladığı və prezident İlham Əliyevə ünvanlanmış müraciəti təqdim edir: "Quba rayonunda bəzi məmurların mənə qarşı etdikləri haqsızlıqların qarşısında aciz qaldığım üçün Sizə müraciət edirəm.Burada ədalətsizlik o səviyyəyə çatıb ki,hətta Ali Məhkəmənin qərarlarına belə hörmətsizlik edirlər.Ali Məhkəmənin 3 qərarı ilə 3 dəfə icra olunmuş qonşumla sərhəddim dəfələrlə Babayevlər tərəfindən sökülmüşdür.lazımı orqanlara müracitimə baxmayaraq buna məhəl qoyan olmamışdır.Ona görə ki, ona himayədarlıq edənlər var.Quba rayon məhkəməsinin baş hakimi Füzuli Pənahov dəfələrlə məndən həyətimə girəcək yoldan 60 kv.m. ərazimin Babayevlərə verilməsini tələb etmişdir.Tələbin yerinə yetirilmədiyini görən Pənahov 3 dəfə icraatı yeniləyib.Keçmiş baş icra məmuru Ələkbər Mirzəyevə yalan akt yazdıraraq hakim Zamin Tahirova dediyi ərazinin Babayevlərə verilməsi barədə qətnamə verdirib.Hansı ki,bu ədalətsiz qətnamə Apellyasiya məhkəməsi tərəfindən ləğv olunub.Kassasiya şikayəti də təmin olunmayıb.2010-cu ildə Babayevlərin torpağını cizgilərinin yerinin onlara göstərilməsini Torpaq şöbəsinə həvalə edir.Torpaq şöbəsinin nümayəndələri ərazidə ölçü apararaq akt tərtib edərək bildiriblər ki,Babayevlərin ərazisi düzdür.Ancaq sol qonşu ilə olan hasar əyri çəkilib.Bu onları qane etməyib.2011-ci ildə Zamin Tahirov eynilə icra vərəqi verir.Torpaq Komitəsinin verdiyi cavab da onları qane etməyib.Torpaq Komitəsi ləğv olandan sonra Z.Tahirov 2010-cu il icra vərəqini 2015-ci idə yeniləyib icraya yönəldir. Sonuncu dəfə 13 yanvar 2016-cı il tarixdə 5 saylı Xaçmaz Layihə -Tədqiqat idarəsinin və Quba Rayon Məhkəmə Qərarlarının icraçıları ilə birgə mənim xəbərim olmadan mənim həyətimə girərək şəkildə gördüyünüz dəmir dirəkləri sökmüşlər.Hansı ki,həmin dirəklər məhkəmə qaydasında 2008-ci ildə icra olunub.Şiferlər cəzasız qalan qonşum tərəfindən dəfələrlə sındırılıb.13 yanvaradək o dəmir dirəklər qalmışdı.Kiminsə tapşırığı ilə onları da sökdülər. Söküntü barədə heç bir məhkəmə qətnaməsi olmadan icra məmurları və reyestr xidməti məmurları bu hərəkətləri etdilər.Səbəbini soruşduqda Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi Aqrar İslahatlara kölgə salaraq qeyd edirlər ki,islahat düzgün aparılmayıb.Bütün torpaqlar 4 metr üstə-üstə oturub.Onların dediyindən belə çıxır ki,bütun kənd sakinləri hasar və evlərini söküb 4 metr sağa çəkməlidir.Hansı ki,Babayevlərin şəhadətnaməsində onun sol qonşusu ilə cizgi düz xətlə olduğu halda hasar əyri çəkilib.Həmin ərazidə razılaşma ilə qoruluq da tikilib. Bu gün himayədarlarının köməyi ilə həmin ərazini müəyyən yollarla mənim ərazimdən almaq istəyirlər.Möhtərəm Prezident, 9 ildir ki,bu keşmə-keşli məhkəmə -məhkəmə oyununun içindəyəm.Bugünədək kasıb komama digər qonşunun həyətindən gedirəm.Ömrümün 65-ci ilini yaşamaq istəyirəm.Hörmətli Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm! Əllərində söküntü barədə heçbir qərar,qətnamə olmadan məndən xəbərsiz həyətimdə söküntü aparan məmurlar cəzalandırılsınlar.Məhkəmə qətnaməsi ilə vurulmuş dirəklər onların öz hesablarına əvvəllər olduğu kimi düzəldilsin. 2008-ci ilin məhkəmə qətnaməsinin icrası bərpa edilsin. Sizə böyük hörmətlə Allahverdi Şıxbabayev" dia-az.life olaraq bütün mataqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |