Əsas Səhifə > Siyasət, Manşet > Qazax təhsili durğunluq dövrünü yaşayır
Qazax təhsili durğunluq dövrünü yaşayır26-01-2016, 09:59 |
DİA.AZ: - Bir vaxtlar elmi, təhsili ilə ölkəmizdə birincilər sırasında gedən Qazax rayon təhsili 15 ilə yaxındır ki, ancaq durğunluq dövrünü yaşayır. Son 10 ildə təhsil şöbəsinə rəhbərlik edənlər Mahir Quliyev və Əhməd Dərgahquliyev isə “baltanı” Qazax təhsilinin özəyinə vurdular. Bunu qazaxlılar da yaxşı bilirlər. Onlar böyük bir kollektivi olan orta təhsil müəssisələrinə biznes kimi baxraq, özləri və gələcəkləri üçün çox şeylərin sahibi olublar. Hər iki şəxsin rayon təhsilinin müdiri vəzifəsindən uzaqlaşdırılması da etdiyi səhv əməllərinin hesabına başa gəldi. Nə isə... Belə ki, onlar vəzifədə olarkən barələrində “n” sayda haqlı olaraq tənqidi yazılar da getdi. “Yağışdan çıxıb, yağmura düşən” qazaxlılar üçün bu gün də sevindirici hal deyil. Onlar əvvəlcə belə fikirləşdilər ki, hazırkı müdir 5-6 aydır Qazax Rayon Təhsil Şöbəsinndə yerini bərkitmiş Babanlı Nizaməddin Baba oğlu hər halda alim pedaqoqdur. Elmlər doktoru olmağa cürət etməsə də, elmlər namizədidir. Müdafiə etdiyi sahədə elmi işindən Dövlət xeyir götürməsə də, özü yaxşı faydalanır. Qazaxın təhsilində aparıcı rol oynamqla batan Qazax təhsilini dirçəldəcək, yerində olmayan, işlərinə səhlənkar məktəb direktorlarına yerini göstərəcək, nizam-intizamaı bərpa edəcək, bir söz, öz ağılı ilə işləyərək çox yeniliklərə nail olunacaqdır. Təəssüflər olsun ki, çoxlarının ümid bəslədiyi bu insan ilk dəfədən əvvəlkilərin getdiyi yolları daha bərbad vəziyyətə saldı. Korrpsiyadan yaxa qurtaran müdir Nizaməddin Babanlının Qazaxda ilk iş yeri vaxtı ilə rayonda fəaliyyət göstərən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Qazax filialında dekan vəzifəsi oldu. Nə yığdısa, o, burada yığdı. Filialda təhsil vermək olmasa da pul yığımı ön cəbhəyə keçmişdi. Filial prezidentin sərəncamı ilə bağlandıqdan sonra Babanlı qardaşı Məhəmməd Babanlının sayəsində bir sıra başlıqlar altında fəaliyyət göstərən indiki Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına(həmin filial 1-2 aydan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin filalı kimi işə başlayacaq) direktor müavini təyin edildi. O, burada hansı oyunlardan çıxmadı ki?... Babanlı filialda müəllimlərin ixtisas dəyişməsi və təkmilləşdirilməsi sahəsinə baxırdı. Burada ekolgiya institutunun Qazax filialını saxta diplomla qurtaranları müəllim, rus dilini qurtaranları bədən tərbiyəsi müəllimi və s. etdi. Görmüşük ki, ixtisas o zaman hansı ixtisasla dəyişdirilir ki, elmi oxşarı olsun. Nizaməddın Babanlı yəqin ki, gəmi ilə zəminin yerini səhv saldı. Filialda çox keçmədi ki, saxta diplom əməliyyatında da Babanlının adı hallandı və bir neçə dəfə əli olub-olmadığı haqqında korrupsiyaya qarşı mübarizə baş idarəsinə izahatlar da verdi. Elimizdə “aşı yeməklə, tüstüsünü udmaq demək olar ki, eyniyyat təşkil edir”adlı misal da var. DİA.AZ-a verilən məlumata görə, son zamanlar filialın gethaget direktoru olan Afaq Qasımova haqqında faktları əli qələm tutanlara Nizaməddin Babanlı verirmiş... İndi isə belə bir sual ortaya çıxır: necə oldu ki, adı, ünvanı korrupsiyada səslənən Nizaməddin Babanı Qazax Rayon Təhsil Şöbəsinin müdiri oldu? Ötən il babanlılara düşdü Nizaməddin Babanlı 1-2 ay idi təhsilə müdir təyin olunmuşdu ki, Prezident İlham Əliyevin sərəncamı ilə kiçik qardaşı Mustafa Babanlı Azərbaycan Neft və Sənaye Universitetinə rektor təyin olundu. Bəli, alqışlanası sərəncamdır. Lakin, elə bir ali təhsil müəssisəsinə təcrübəsiz adamın rektor təyin edilməsini prezidentin masasına çıxarmaq hec cürə müsbət qiymətləndirilmir. Mustafanı yaxşı tanıyanlar, yatsa yuxularına da girməz ki, bu insan rektor olacaq. Çünki, çoxillik tarixə malik olan Azərbaycanın inkişafının 90 faizini təşkil edən neft sənayesinin daha uğurla addımlamsında bacarıqlı kadrlar yetişdirən neft və sənaye universitetinə rektor vəzifəsi dünya görmüş akademiklərin yeri idi. Daha... dia-az.life bildirir ki, istər Nizaməddin Babanlı, istərsə də Mustafa Babanlının 6 aydı ki, işləmələrinə baxmayaraq, yol verdikləri ciddi nöqsanlara görə səs-küyləri ölkəni götürüb. Dəyişiklik hiss edilməyən təhsil şöbəsi Rayon təhsilində sabiq müdir Əhməd Dərgahquliyevin buraxığı səhvlər nəinki yerində sayır, üstəlik artmaqda davam edir. Şöbəyə məxsus 35 AA 051 dövlət nömrə nişanlı 2106 markalı mink avtomobili baş mühasib Əhməd Əhmədovun tabeçiliyinə keçib. Yəqin ki, müdir bu addımı Əhmədin təhsildə çoxsaylı maxinasiyalarına görə hədiyyə edib. Babanlı guya həmin minik avtomobilini daxili əmirlə verməkdə düzgün addım atıb. Bəs onda təhsil şöbəsindəki sürücülük ştatı kimə lazımdı? Halbu ki, avtomobili yalnız şöbənin sürücüsü idarə edə bilər. “Şər deməsən, xeyir gəlməz!” İşdi, Əhməd həmin maşınla adam vursa, görəsən bu məsuliyyətin altına kim girəcək? İnanmırıq ki, şöbə müdiri bu yükü özünün boynuna çəkə. Nizaməddin Babanlı təhsili yaxşı bilməsə də sudan quru çıxmağı hələ müəllimlər institutunun Qazax filialında direktor müavini işləyərkən öyrənib. Fərz edək ki, bu belədir, bəs Qazax Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşları hara baxırlar? Lazım bilsəydi qədiri bilinməyən Əhməd Dərgahquliyev bunu edərdi... Müxbir hesabı, yoxsa bu adda müdirin cibinə axan pullar? Baş mühasib Əhməd Əhmədov, məsləhətçi Rasim Carçıyev, metodkabinənin müdiri Məmməd Cəfərov və aparıcı-məsləhətçi Əziz Məmmədov Nizaməddin Babanlının “etibarlı” dostlarına çevrilib. “Əl-ayaq” müxbirlərin söyləməsinə görə, hər ay məktəb direktorlarından 50 manat “müxbir hesabına” pul yığılır. Həmin vəsait bir vaxtlar təhsildə gözdən salınan Rasim Carçıyevdə toplanır. Əziz Məmmədov isə əsas etibarı ilə kadr məsələsi ilə məşğuldur. Müdirə kimin “qyusunu qazmaq” məsələsi bu kişidən keçir. Əhməd Əhmədov isə Nizaməddin Babanlının mühasiblikdən çox süfrə yoldaşlığına çevrilib. İnsafən, içgiyə aludə olan Əhməd Əhmədovun nə yaxşılıq, nə də pislik əlindən gəlmir. Sadəcə, Babanlı nə desə, onunla razılaşan adamdır ki, bu da mühasibliyin ilgəyini satmaq kimi izah edilir. Girişi gözəl, çıxışı əyri Nizaməddin Babanlı təhsilə gələn kimi binanın giriş hissəsini gözəlləşdirməklə məşğul oldu. Sən demə bu gözə kül üfürmək kimi bir şey imiş. Belə ki, girişi yaxşılaşdıran müdir, təhsildə olan nizam-intizamın, təhsil nazirinin qadağa qoymasına baxmayaraq məktəblərdə repetitorların məşğuliyyətinin, dərsələrin saat 12:00-dan sonra keçirilməməsinin, bəzi mətəb direktorlarının müdiri saymamsının qarşısını almaq iqtidarında deyilmiş. Bir sıra orta məktəb, o cümlədən rayonun Quşçu Ayrım, Orta Salahlı, Ürkməzli, Xanlıqlar, Daş Salahlı kənd 2 saylı, Dəmirçilər və sairə kimi məktəblərdə məktəb direktorlasrının yerində olmaması, Babanlının isə Dərgahquliyevin əməllərini təkrarlaması onu göstərir ki, Qazax təhsilinin gələcək perspektivindən danışmağa dəyməz. Bildirdiyimiz kimi Babanlını hamı kimi maraq dairəsi yalnız puldur. O, gəldiyi gündən bir neçə laborantı və 1 təsərrüfat müdirini işə götürməyini çözələsək hər şeyin şahidi olarıq. Bu günlərdə yaşı 65–i keçən 71 nəfər müəllimlərdən tədrisin ortasındaca bir neçəsinin işdən kənarlaşdırılması, əmək müqaviləsinin qeyri-qanuni pozulması yəqin ki, Babanlının birbaşa təcrübəsizliyini göstərir. Necə oldu ki, 71 nəfər müəllimin 5-6-sı işdən kənarlaşdırıldı? Qalanı isə yerində sayır? Necə olur ki, Xanlıqlar tam orta məktəbində 65 yaşdan yuxarı bir (bəlkə də bir neçə) nəfər kişi müəllimi azad edilir, qadın müəllimə isə yerində qalır? Bu haqda da söylənilir ki, yaşlı müəllimlərin çox hissəsinin yerində qalması məktəb direktorları ilə Nizaməddin Babanlının daxili oyunlarının təzahürüdür. Nə demək istədiyimiz hamıya güzgü kimi aydındır. Qanun, qanun olduğu halda alim Babanlının belə alimliyini necə danmaq olar? P.S. dia-az.life-a verilən məlumata görə Babanlı repetitorlardan haqq-hesabı uşaqların sayına görə yığdırır. Onun ilk maxinasıyası Samux vətəndaşı ilə olub. Məktəblərdə aparılan təmir-tikinti işləri isə hələlik külli miqdarda vəsaitin Çernobl əlilli bir nəfərin hesabına köçürülməsi ilə yekunlaşıb. Mövzuya qayıdacağıq. Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq. Elçin Vüqar- DİA.AZ Geri qayıt |