Xalq artistinin qızının adı erməni ilə qalmaqalda - FOTOLAR
Tarix: 6-06-2016, 09:07 | Çap et
Bakının ən tanınmış gözəllik salonlarının saç ustaları və stilistlər məşhur erməni Georgi Kotdan ustad dərsləri almaq üçün Soçiyə gediblər.
DİA.AZ xəbər verir ki, bu haqda “Yeni Müsavat” məlumat yayıb. Xəbərə görə, paytaxtın məşhur gözəllik salonları “Ambassade de LaBeaute” və xalq artisti Ramiz Novruzun qızı Şəfəq Ramizqızına məxsus “Şəfa studio”nun tanınmış stilistləri bu günlərdə Rusiya və digər ölkələrdə məşhurluq qazanan erməni stilisti Georgi Kotdan ustad dərslər alıblar. Bu azmış kimi azərbaycanlı stilistlər sosial şəbəkələrdə fəxrlə erməni Kotla olan səmimi fotolarını paylaşıblar.
“Ambassade de LaBeaute”nin əməkdaşı bu cür çoxlu foto paylaşaraq belə bir şərh yazıb: “Salonun Rəna Qayıbova, Ellada və Eyvaz Kotun Soçidəki ”Fashion Studio"dakı seminariyasında iştirak edib".
“Şəfa studio”nun stilisti isə paylaşdığı statusda erməni Kotla tanış olduğu üçün çox xoşbəxt olduğunu qeyd edib: “Bütün dərs boyu mənə ayrıca diqqət göstərdi və səhnəyə də məni iki dəfə dəvət etdi. Mənim kimi professionalın ondan dərs aldığına görə çox şad olduğunu söylədi. Mən də çox xoşbəxtəm ki, bu gözəl insanı tanıdım və bütün ölkələrin içində Azərbaycanımızın adını dönə-dönə və möhkəm söyləməsi təbii ki, bizim üçün də fəxrdir...”
Azərbaycanlı stilistlərin bu hərəkəti sosial şəbəkələrdə böyük etiraz və narazılıqla qarşılanıb. Nəticədə “Ambassade de LaBeaute”nin əməkdaşlarının paylaşdıqları fotolar sosial şəbəkələrdən yığışdırılıb.
Özünü salonun direktor müavini kimi təqdim edən Ağa adlı şəxs “Yeni Müsavat”a açıqlama verərək bildirib ki, artıq azərbaycanlı stilistlər geri çağırılıb. Onun sözlərinə görə, Georgi Kotun erməni olduğundan xəbərsiz olublar, üstəlik, stilistlər Soçiyə öz xoşları ilə gedib: “Bizim ora cəmi iki stilistimiz gedib. Onlar da öz xoşları ilə gediblər, biz göndərməmişik. Amma Azərbaycanın digər salonlarının əməkdaşlarının bütün heyəti orda olub. Buna görə sırf bizdən yapışmaq doğru deyil... Biz Georgi Kotu rus vətəndaşı bilirik. İndi də araşdırdıq, məlum oldu ki, o erməni deyil... Əməkdaşlarımızın özləri gediblər. Bu onların öz seçimləridir. Onlarla əlaqə saxlamışıq, təcili Bakıya qayıdırlar”.
Adı çəkilən salonun rəsmisi dəfələrlə Kotun erməni olmadığını desə də, sosial şəbəkələrdə erməni ilə olan fotoların tələsik yığışdırılması, əməkdaşlarını niyə təcili geri çağırması əslində məsələnin mahiyyətini tam olaraq ortaya qoyur.
Qeyd etdiyimiz kimi, Soçidə fəxrlə erməni Georgi Kotdan ustad dərslər alan azərbaycanlı stilistlərdən “Şəfa studio”nun əməkdaşları da var. Bəzi mənbələrdən əldə etdiyimiz məlumata görə, adı çəkilən salonun çoxlu sayda işçi heyəti Soçidə iştirak edib. Məlumdur ki, “Şəfa studio” xalq artisti Ramiz Novruzun qızına məxsusdur. Onu adı bir neçə ay bundan əvvəl də erməni Kotla birgə çəkilirdi. Belə ki, mətbuatda yayılan məlumatlara görə, xalq artistinin qızı aprel ayında ustad dərslər vermək üçün Kotu Bakıya dəvət edib. Lakin ictimaiyyətin qınağı stilistin bu arzusunu ürəyində qoyub. Xalq artisti isə açıqlama verərək qızının erməni stilistini Bakıya dəvət etməsinə bu cür aydınlıq gətirmişdi: “Şəfəq onu Azərbaycana dəvət etmişdi. Lakin mən bu söhbəti eşidəndə Şəfəqə qarşı çıxdım, dedim ki, lazım deyil, qoy gəlməsin. Əgər Azərbaycan cəmiyyəti yarı bolqar, yarı erməni olan stilisti istəmirsə, biz də qəbul etmirik. Həmin söhbət də bununla bağlanıb”.
Lakin görünür, xalq artistinin qızı erməni stilistini Bakıya gətirə bilməsə də, öz əməkdaşlarını ustad dərslər almaq üçün Kotun yanına göndərməyə nail ola bilib.
Məsələ ilə bağlı Şəfəq Ramizqızı ilə əlaqə saxlamağa çalışsaq da, rəhbəri olduğu salonun əməkdaşları onun daim məşğul olduğunu, bunun üçün də suallara cavab vermək iqtidarında olmadığını bildirdilər.
Georgi Kot kimdir?
Bəziləri özün müdafiə üçün onun erməni ilə heç bir bağlılığı olmadığını desə də, stilistin bioqrafiyasında anasının erməni olduğu qeyd olunub. Belə ki, Georgi Kot 1984-cü ildə Abxaziyada anadan olub. O, anası Susanna Aqozyanın doğum günündə dünyaya gəlib. Atasına gəldikdə isə, Kot nədənsə atası haqda danışmaqdan həmişə yayınmağa çalışıb. Hətta internet resuslarında atası haqqında heç bir məlumat, informasiya yerləşdirməyib.
Kot 14 yaşından saç ustalığı ilə məşğul olmağa başlayıb. Tez bir zamanda özünə böyük kariyera quran Kot hazırda Soçidə “Beynəlxalq Gözəllik Akademiyası”nın prezidentidir. Araşdırmamız zamanı məlum oldu ki, onun rəhbərlik etdiyi “Fashion Studio”da bir-iki rusiyalı istisna olmaqla, demək olar ki, bütün heyət ermənilərdən ibarətdir. Hətta birinci köməkçisi, assistenti də erməni Anjelika Sarqyandır. Heyətin içərisində Elvira Həmzəyeva adlı azərbaycanlının da olduğu bildirilir. Bəzi məlumatlara görə, Kotun yenicə evləndiyi xanımı da erməni qızıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
|