Xalq artisti Zülfiyyə Xanbabayeva 15 il əvvəl məşhur olan mahnısını yenidən oxuyub.
Axşam.az-ın məlumatına görə, 2001-ci ildə eyni adlı albomda yer alan "Sən gedən gündən" remeykinin aranjimanı Ramin Vəlibəyova məxsusdur. Mahnının musiqisi Vaqif Gərayzadənin, sözləri isə Sərvər Şahbəylinindir.
Qeyd edək ki, müğənninin karyerasında ikinci albom olan "Sən gedən gündən" 2001-2002-ci illərdə ən çox satılan albom olub.