Könül Günayın burnunu "ələ saldı": - "Yerinə olsaydım..."
Tarix: 6-07-2016, 09:26 |
Çap et
Tanınmış ifaçı Könül Kərimova bir müddət öncə burun əməliyyatı etdirən Günay İbrahimli ilə bağlı açıqlama verib.
"10-dan sonra" verilişində danışan K.Kərimova G.İbrahimliyə irad bildirib:
"Elə müğənnilər var ki, heç ehtiyac yoxdur, amma gedib əməliyyat etdirirlər. Məsələn, Günay İbrahimli. Bir müddət öncə burnunu əməliyyat etdirdi. Mən Günayın yerinə olsaydım, o əməliyyatı etdirməzdim. Çünki Günayın əvvəlki imici daha gözəl idi. Yəqin ki, o mənim bu sözlərimdən inciməz".