Əməkdar artist 24 il öncə şəhid olmuş yoldaşı barədə: - “Bir gün qayıdacaqsan…”
Tarix: 9-07-2016, 15:53 |
Çap et
“23 il keçdi…1992-ci ilin bu günü idi…Həyatımı darmadağın etdiyin…balamı Atasız qoyduğun gün…”
Gununsesi.info xəbər verir ki, bunu Əməkdar artist Aybəniz Haşımova öz “Facebook” səhifəsində paylaşdığı və 1992-ci ilin iyulun 9-da Birinci Qarabağ savaşında qəhrəmancasına şəhid olmuş həyat yoldaşı Xalid Quliyevə həsr etdiyi statusunda yazıb.
“Bilirəm,bir gün qayıdacaqsan…”- deyə, o, sonra yazıb.
Qeyd edək ki, ölümündən sonra X. Quliyev “Vətən uğrunda” medalı ilə təltif olunub.
Eyni zamanda, onu qeyd edək ki, “Xəzər” televiziyasının və “Oskar” Kino Şirkətinin birgə layihəsi olan “Ölümsüzlər”in bir seriyası da X. Quliyevə həsr olunub. Filmin quruluşçu rejissoru “Oskar” Kino Şirkətinin rejissoru Sain Qəhrəmanoğlu, operatorları Sərxan Musayev və Rasim Eyvazov, montajçısı Vüqar Əliyevdir. Filmdə bəstəkar Oqtay Kazıminin mahnılarından istifadə olunub. 40 dəqiqəlik filmdə mərhumun həyat yoldaşı A. Haşımova, mərhumun anası, silahdaşları X. Quliyev haqqında danışıblar.