“Kişi tutmaq üçün efirdən istifadə etməsinlər” - Cəmilə
Tarix: 12-07-2016, 10:10 | Çap et
DİA.AZ gənc aktrisa Cəmilə Tağızadənin “Qafqazinfo”ya müsahibəsini təqdim edir:
- “Dəfnə ağacı” reytinqli seriallardan biri hesab olunur. Siz isə həmin layihənin baş obrazını canlandırmısız. Bu ekran işi həyatınızda nə kimi dəyişiklik etdi?
- 6 ildən çoxdur ki, kamera qarşısındayam. Təhsil aldığım universitetin ikinci kursundan etibarən müxtəlif layihələrdə rol almağa başlamışam. “Dəfnə ağacı” çəkildiyim ilk serial deyil. Bu seriala dəvət aldım, “Dəfnə” obrazı üçün bir neçə aktrisa nəzərdə tutulmuşdu, təşəkkür edirəm ki, seçimləri məndən yana oldu. Həyatımda böyük dəyişiklik oldu. Serial daha da məşhur olmağıma səbəb oldu. Çox gözəl kollektivlə çalışdıq.
“Teatrda verilən maaşlardan iki dəfə artıq pul alırıq”
- Aktrisaların əksəriyyəti maaş azlığından şikayətlənir. Sizdə vəziyyət necədi?
- Azərbaycan seriallarına ayrılan büdcəyə nəzər salsaq, normal qonorar alıram. Qiymət barədə danışmaq istəmirəm, bu barədə icazə verilmir. Qonorarımız elə də az deyil. Teatrda verilən maaşlardan iki dəfə artıq pul alırıq.
- Qonşu ölkələrin aktrisaları seriala çəkilməmişdən qabaq qonorar barədə tələb irəli sürürlər. Bizdə niyə belə sistem qurulmayıb? Siz necə? Belə bir tələb irəli sürmüşdüz?
- Dünyanın heç bir yerində tanınmamış aktrisalar belə bir tələblə çıxış etmirlər. Yalnız özünü tutmuş və insanlar tərəfindən sevilmiş bir məşhur şərtlər irəli sürə bilər. Azərbaycanda hansı aktrisa-aktyor 1 milyon pul alıb ki, indi də prodüserlərə şərt qoysun? Tutaq ki, hər hansı bir aktrisa açıqlama verir ki, mən 10 ilin aktrisasıyam, peşəkaram və film üçün yarım milyon istəyirəm, bütün səhnələrə də çəkilirəm. Bizdə belə bir məbləğ var? Yaxın gələcəkdə də gözlənilmir.
- Son illər serial sahəsində müəyyən dirçəlişlərə rast gəlirik. Ancaq yerli seriallarda yer alan aktrisalarla tamaşaçı arasında elə bil ki, məsafə var. Süni və saxta görüntü yaranır. Bunun səbəbi nədədir? Texnika, səs və s. hesab etmək olar?
- Kino sahəsində 20 ildən artıq bir müddətdə durğunluq yarandı. Hələ yeni başlayırıq. Sizə bir misal çəkim. Telefon yatıb, tozlanıb. Daha sonra telefonun təzə və keyfiyyətli olmağını istəyirik. Bu düzgün deyil. Telefon 20 ildir ki, tozlanıb, işləmir, yenidən işə salmaq lazımdı. Birdən-birə uğur qazanmaq olmaz. Türkiyənin “Yeşilçam” dövründən bu yana filmləri inkişaf olundu. Peşəkarları ölkəyə cəlb etdilər, yerli aktrisaları əcnəbi ekspertlər öyrətdi. Hərdən instaqramda yazırlar ki, bu nə geyimdi? Sizi niyə belə geyindirirlər? Türkiyə seriallarında nə gözəl geyinirlər. Başlayırlar bizi müqayisə etməyə… Türkiyənin bir serial və filmlərində 50-dən çox butik əməkdaşlıq edir. Bizdə isə 2-3-nə rast gələ bilirik. Hələ yerli butiklər bizə naz edir. Zaman gələcək ki, Azərbaycan serialları Türkiyə layihələrini keçəcək. Bizim bazamız var. Sovet dövründə bir çox ölkələrdən uğurlu filmlər ərsəyə gətirmişik.
- Özünüz hansı seriallara baxırsız? Elə olub ki, öz serialınız TV-də yayımlanan zaman başqa sevdiyiniz ekran işinə baxmaq istəmisiz, kanalı çevirmisiz?
- Ancaq öz serialıma baxıram, vicdansızam, nə edim? (gülür) Arada “Vicdan haqqı” serialına da baxıram. Ancaq onu deyim ki, vaxtım olmur.
- Bəzi aktrisalar öz film və seriallarına baxanda utanırlar, kanalı çevirirlər…
- Onda həmin seriala çəkilməsinlər. Niyə çəkilirlər? Mən çəkildiyim layihələrə baxıram, pis oynadığım yerlərə diqqət edirəm. Özüm üçün ölçü götürürəm. Baxın, pis oynayan zaman utanıram, deyirəm ki, kaş başqa cür rolumu canlandırardım.
“Söyləyib ki, öz qiymətimi qaldırmaq üçün belə yola əl atmışam”
- “Əli və Nino” filmində də rol almısız…
- Bəli, Ninonun rəfiqəsi obrazını canlandırmışam. Halbuki, bəziləri yalandan məlumat yayıb ki, mən rəfiqə obrazını yox, qulluqçu obrazını oynamışam. Söyləyib ki, öz qiymətimi qaldırmaq üçün belə yola əl atmışam. Mənə fərqi yoxdu, aktrisayam, dilənçi obrazını belə oynaya bilərəm. Həyatdakı hər bir insan obrazdır, onları canlandırmaq lazımdır. Mən şayiə yayan insanlarla danışmışam, ancaq boynuna almır. Çox təəssüf ki, onların payını istədiyim kimi verə bilməmişəm. Olmayan şeyi niyə danışırlar?
- Xarici film və seriallarda baş qəhrəmanlar sevgili olur, hətta evlənirlər. Sizdə belə bir şey olmayıb?
- Heç bir dəfə də olsun ki, belə şey başıma gəlməyib. Heç vaxt…
“Həyatda olduğu kimi serialda da bəxtim gətirmədi”
- Serialın final bölümü yayımlandı. Sonda “Dəfnə” iki kişi arasında qalır…
- Həyatda olduğu kimi serialda da bəxtim gətirmədi, yazıq Dəfnə (gülür). Qız iki kişi arasında qaldı, sonu bilinmədi. Dedim ki, heç olmaya ərə gedər. Özüm ərə getməmişəm, obrazım ərə getsin (gülür). Təbii ki, zarafat edirəm.
“Qadın hər zaman öz təqəbəsinə uyğun kişi seçməlidir”
- Real həyatda tez-tez seçim arasında qalırsız?
- Belə bir şey olmayıb. Belə bir şey baş verərsə, hansı mənə uyğundursa, onu seçərdim. Mənə pul önəmli deyil. Qadın hər zaman öz təqəbəsinə uyğun kişi seçməlidir. Həm maddi, həm də mənəvi baxımdan sənlə eyni olmalıdır. Xanımdan yüksək də ola bilər. Ancaq elə də olar ki, çox varlı ola bilər, ancaq başı “xarab” çıxar. Milyonları var, ancaq heç bir işə yaramır. Arvadını döyür, söyür, narkomandır, spirtli içki qəbul edir.
- Sevgiliniz var?
- Təəssüf ki, yoxdu, “xalis” subayam. Heç vaxt ailə həyatı qurmamışam.
“Boşanmaqdan qorxduğum üçün ərə getməmişəm”
- Niyə təəssüf ki?
- Olsa, şad olardım, tezliklə toy edib ərə gedərdim (gülür). Kim istəməz ki? Qarşıma məni başa düşəcək biri çıxsa, ərə gedərəm. Başqa yolu seçmək fikrim yoxdu, əgər belə bir niyyətim olsa idi, 1-ci kursdan pis yola yönələrdim. Mənə normal ailə həyatı lazımdır. 28 yaşıma kimi boşanmaqdan qorxduğum üçün ərə getməmişəm. Qorxmuşam ki, seçimim yanlış ola bilər, övladla ortada qalaram, xoşbəxt ola bilmərəm. Ümid edirəm ki, mənim kimi subay xanımların qarşısına yaxşı bir insan çıxar.
“Axtarışda olsaydım yaxşı yerə ərə gedərdim”
- Tanınmış xanımlara kişilər xüsusi diqqət ayırır, onlara müxtəlif hədiyyələr göndərirlər. Sizdə belə bir hal baş verib?
- Olub, efirə çıxmamışdan öncə də diqqət mərkəzində olmuşam. Ancaq efir və TV-dən sonra artmağa başladı. Sadəcə olaraq ailə həyatı qurmaq istəyirdilər. Amma şərt irəli sürürlər ki, efirə çıxmayacaqsan. Hətta, çarşaba bürünməyimi istəyənlər də olub. Qarşıma çıxan kişilərin hamısı qısqanc olub. Mən heç vaxt axtarışda olmamışam, axtarışda olsaydım yaxşı yerə ərə gedərdim.
“Kişi tutmaq üçün efirdən istifadə etməsinlər”
- Xanımların əksəriyyəti pullu kişiylə tanış olmaq üçün TV və seriallara üz tuturlar. Bu məsələyə münasibətiniz necədir?
- Kişi tutmaq üçün efirə gələnlərə səslənirəm, xahiş edirəm bu sənəti ləkələməyin. Sənətdən öz məqsədləri üçün istifadə edirlər. Onlara görə bizim kimi sənətsevərlərin, təhsilli gənclərin adı batır. Kimlər nə işlə məşğul olur-olsun, mən heç kəsin şəxsi işinə qarışmıram, günahsız insan yoxdur. Amma efirdən istifadə etmək lazım deyil. Kimsə efirə çıxıb qiymət və reytinqlərini qaldırmaq istəyirlər. TV nümunədir, maarifləndirici işlər görmək lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
|