Elektromobil ucuzlaşacaq? .....                     Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir .....                     Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik .....                     Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı .....                     Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq .....                     Quru sərhədlər 2 gün sonra açılır? .....                     Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək .....                     Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq .....                     Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? .....                     Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                 

“Orxan və onun dostu həyat yoldaşımı gecə saat 2-ə qədər evində girov saxlayaraq...”
Tarix: 13-07-2016, 09:29 | Çap et
“Orxan və onun dostu həyat yoldaşımı gecə saat 2-ə qədər evində girov saxlayaraq...”
Bir müddət əvvəl dünyasını dəyişmiş xalq artisti İlhamə Quliyevanın həbsdəki köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. T.Hüseynov müraciətində bir daha vurğulayır ki, həyat yoldaşı İ.Quliyevanın sifarişi əsasında, Xətai Rayon Məhkəməsinin qərarı ilə CM-nin 29.180.3.2 absurd maddəsi ilə təqsirli bilinərək həbs edilib.

T.Hüseynov müraciətində bildirir ki, Mehriban Hüseynova İ.Quliyevanın özünə məxsus bütün sahələr üzrə şəxsi köməkçisi olub: “Yoldaşım onun hegemonluğuna, özündənrazı xasiyyətinə, hərəkət və davranışlarına dözməyərək ağır əməliyyatdan sonra səhhəti düzələn kimi işdən azad olunmasını istəyib. O, isə qərəzli cavab verib, oğulluğu Orxan və dostu Vüqarın əsassız materiallarını əlində sübut tutaraq polis orqanlarına müraciət edib. İlhamə Quliyeva ictimai nüfuzundan və cəmiyyətdə tutduğu mövqeyindən istifadə edərək yalan və şər ittihamlarla həyat yoldaşımı həbs etdirməyə nail olub. Belə ki, ilk əvvəl guya Mehriban Hüseynovanın onu öldürməyə cəhd etdiyini bildirərək polis orqanlarına müraciət edib. Araşdırma zamanı ittihamların tam əsassız olduğunu görüb, çıxış yolu kimi guya ona bihuşedici dərmanlarla təsir göstərməklə iradəsi əleyhinə əmlakını yoldaşıma vəsiyyət etməsinə imza etdirməklə soyğunçuluğa cəhd etmək iddiasını irəli sürdü. Bu ittihamlar əsassız və məntiqsiz olaraq prosessual normativ aktların kobudcasına pozulmasıdır. Çünki İlhamə Quliyevanın iradəsinə zidd olaraq imza edəcəyi heç bir sənəd mövcud deyil və yoldaşımın xeyrinə imza etdiyi heç bir əqd yoxdur. CM-nin 125. 6-cı maddəsinə əsasən müvafiq hal üzrə verilmiş cinayət yalnız şikayət faktını təsdiq edir, istintaq materialında sübut üçün dəyərləndirilə bilməz. Belə ki, İlhamə Quliyevanın istintaq orqanına verdiyi şikayət qanun baxımından heç bir sübutu əhəmiyyət kəsb etmir. Yoldaşımın onu zəhərləməyi və ya bihuşedici dərmanlar verməyi ekspert rəyində öz əksini tapmayıb. İstintaq yalnız İlhamə Quliyevanın və ona kömək olan 5 nəfər şəxsin təzyiqi ilə öz evində yoldaşımın etmədiyi əməli işgəncələrə məruz qoyaraq etiraf etməyini telefonla çəkdirib və sonradan həmin video TV və internet vasitəsilə yayılıb.

CM-nin 126.6-cı maddəsinə əsasən şəxsin öz təqsirini etiraf etməsi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. İlhamə Quliyeva “Ailə məhkəməsi” təşkil edərək öz yaxınları və tanışları olan Aida Yeqanova, Kəmalə Rüstəmova, Orxan Nadirov, Vüqar Bağırov, Faiq Ələkbərlinin iştirakı və köməkliyi ilə özünəməxsus şəkildə yoldaşıma hədə-qorxu gəlməklə şəxsiyyəti alçaldan şəkildə ondan üzr istəməyini təşkil edib.

Bu hadisəni Faiq Ələkbərliyə çəkdirərək görüntüləri, həyat yoldaşımın şərəf və ləyaqətini alçaldılması səhnəsini TV-lərdə yayılması yolu ilə təkrar olaraq qanunsuzluğa imza atıb. Bundan başqa İlhamə Quliyeva oğulluğu Orxan və onun dostu Vüqarla birlikdə yoldaşımı gecə saat 2-ə qədər evində girov saxlayaraq ağır işgəncə veriblər, döyüblər, təhqir edərək bıçaqla xəsarət yetiriblər. Bundan əlavə həmin şəxslər gecə radələrində yaşadığımız evin qarşısında yoldaşıma hücum ediblər. Bunu görən qonşu və hal şahidləri istintaq tərəfindən indiyə qədər dindirilməyib, ifadələri alınmayıb.

Bu faktlar barəsində dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsək də, baxılmayıb, heç bir qanuni tədbirlər görülməyib. İlhamə Quliyevanın yüksək vəzifəli himayədarlarının olması səbəbindən istintaq kobud qanun pozuntularına yol verərək yoldaşımı etmədiyi cinayət əməlində təqsirkar etməklə öz işini yerinə yetirmiş hesab edir.

Bildirirəm ki, yoldaşımın 9 aydır qanunsuz həbsdə saxlanılmağında istintaq orqanı CM-nin 28.5, 33.3, 124. 2.1, 125. 2.7, 139. 0.4, 141. 1.1, 145.3, 146.1 və digər maddələrinin tələbini kobud şəkildə pozur. Yoldaşıma elan olunmuş ittihamın tam əsassız və məntiqsiz olduğunu bildirirəm. CM-nin 121-ci maddəsini əsas götürüb bir daha müraciət edərək bu işin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini və yoldaşımın azadlığını tələb edirəm. Həmçinin ittihama əsasən yoldaşımın guya tərtib etdiyi (əslində vəsiyyətnamə forması Vüqar və Məsmə ləqəbli qadın tərəfindən Orxanın sifarişi ilə gətirilibdir) öz xeyrinə İlhamə Quliyevanın əmlakını ələ keçirmək məqsədilə olan vəsiyyətnamə aşkar olunaraq xətti ekspertizaya göndərilsin. Bununla bağlı yoldaşıma verilmiş ittiham əsassızdır.

Ona görə ki, mülki məsələnin tələbinə görə notariat qaydada təsdiq edilməmiş vəsiyyətnamənin məhkəmə predmeti yoxdur. Bu səbəbdən də yoldaşımın vəsiyyətnamə tərtib etmək cəhdi məntiqsizdir. Bundan əlavə yoldaşıma qarşı alçaldıcı təhqir və işgəncə verməklə xəsarət yetirmiş, sonra isə öz çirkin əməllərindən həzz alaraq bu alçaldıcı kadrların görüntülərini yayan şəxslər barəsində CM-nin müvafiq maddələrilə araşdırma başlansın. İ.Quliyevanın cəmiyyət içində xarakterini, digər şəxslərə qarşı fərdi hegemon davranışını nəzərə alaraq yoldaşıma qarşı etdikləri aşkar sübuta yetirilə bilər.

Bir daha bildirirəm ki, Mehriban Hüseynovanın bir qardaşı şəhid, bir qardaşı isə Qarabağ əlili olaraq ağır xəstədir. Yoldaşım dövlətin bəzi güc məmurlarının biganəliyinin qurbanı olub. Hüquq-mühafizə orqanlarından və ictimaiyyətdən xahiş edirəm ki, yoldaşımın əsassız olaraq cəza çəkməyinin qarşısının alınmasında köməkliyinizi əsirgəməyəsiniz. Güclülərin haqsız təzyiqinə məruz qalmış tənha, köməksiz bir Azərbaycan qadınına, şəhid bacısına kömək edəsiniz".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05
Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57
Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54
Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49
Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44
Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43
Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41
Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru