"Dram və faciə janrlarında da özümü sınamaq istərdim"
Tarix: 31-08-2016, 08:50 |
Çap et
"Bozbaş pictures" serialının "Şirin"i kimi tanınan aktyor Nicat Rəhimov dramatik rollar oynamaq istəyir.
"Bəzən komediya oynayırıq, amma o komik vəziyyətin içində də dramatik səhnələr olur. Çox istərdim ki, nə vaxtsa dramatik rolda da tamaşaçılar məni görsünlər. Özümə inanıram ki, bunu bacararam. Yaxşı rejissor mənim içimdəki o dramatikliyi görməlidir. Bu zaman ortalığa nəsə çıxarmaq olar. Aktyor hərtərəfli olmalıdır, nə rolu versələr, oynamalıdır. Düzdür, tamaşaçılar məni komik rollarla seviblər, amma dram və faciə janrlarında da özümü sınamaq istərdim".(milli.az)