"Etdikləri haqsızlıq Allah tərəfindən də qəbul olunmadı..."
Tarix: 24-05-2021, 12:15 |
Çap et
“Şuşada Cıdır düzündə uşaq vaxtı olmuşdum və aradan qırx ildən çox vaxt keçir. Ora Ramazan bayramı günü getdim və elə orucumu da Cıdır düzündə açdım”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Cabir Abdullayev deyib. Muğam ifaçısı “Xarıbülbül” festivalında iştirakını və o torpaqlarda keçirdiyi hisslərini bizimlə bölüşüb:
“Şuşada Cıdır düzündə uşaq vaxtı olmuşdum və aradan qırx ildən çox vaxt keçir. Ora Ramazan bayramı günü getdim və elə orucumu da Cıdır düzündə açdım. Sanki hər şey bir yuxu idi, adam özünə inanmırdı ki, indi Cıdır düzündədi. Bir sözlə, ağılagəlməyən bir qələbədi. Bir vaxt ermənilərin Cıdır düzündə yallı getməsiylə bizim orda olmağımızı müqayisə etdim. Ermənilərin o torpaqlarda olması müvəqqəti idi. Onların haqqı yoxdu bizim torpaqlarımızda yallı getməyə. Biz hər il Şuşada musiqi günləri keçirməliyik. Şuşa bizimdi, heç vaxt ermənilərin olmayıb. Ona görə də düşmənin etdiyi haqsızlıq Allah tərəfindən də qəbul olunmadı. Hər şeyin də gərək xeyir-duasını Allah versin. İllər keçdi və yenə də haqq öz yerini tapdı. Adam o torpaqlarda elə hisslər keçirir ki, ifadə etmək olmur. Amma çox yaxşı hisslər idi və Allah onu bizim xalqımızdan əsirgəməsin”.