"Çox sayda kinematoqraf Şəfiqə Məmmədovanın qurumundan istefa verib” – Qalmaqallı iddia
Tarix: 25-05-2021, 12:25 | Çap et
Son günlərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından çox sayda istefalar olduğu iddia olunur. “Yeni Müsavat”a daxil olan məlumata görə, istefa verənlər ittifaqı fəaliyyətsizlikdə ittiham edir. Ən maraqlısı isə qurumu tərk edənlər digər - Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Kinematoqrafçılar İttifaqına üz tutur.
2018-ci ildə də adı çəkilən ittifaqdan çoxlu sayda istefalar olduğu haqda məlumatlar yayılmışdı. O zaman da istefaların səbəbi ittifaqın fəaliyyətsizliyi ilə əsaslandırılırdı.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilib. Qurumun sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədovadır. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.
Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Kinematoqrafçılar İttifaqına gəldikdə isə, bu qurum 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981- ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarında isə sədri seçilib. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır: Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Məbud Məhərrəmov, Şükufə Yusupova, rejissorlar Mirbala Səlimli, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Ziya Şıxlınski, Əsəd Əsədov, Cəmil Fərəcov, Tahir Əliyev, Nizami Abbas, prodüser Lalə Əfəndiyeva.
Bəs kinematoqrafçıları Şəfiqə Məmmədovanın ittifaqından qaçaq salan əsl səbəb nədir? Rüstəm İbrahimbəyovun ittifaqına üz tutanların hansı gözləntiləri var?
Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını tərk etdiyi deyilən tanınmış aktrisa Münəvvər Əliyevanın mövqeyini öyrənməyə çalışdıq. Aktrisa ittifaqın uzun illərdir ki, heç bir işə yaramadığını dedi:
“Yaxın vaxtlarda 50 yaşım tamam olacaq. Amma adım heç “it dəftərində” də yoxdur. Bu yaşıma qədər o ittifaqdan bir şey görməmişəm. Ona görə də Rüstəm İbrahimbəyovun rəhbəri olduğu ittifaqa yazılmaq qərarına gəldim.
İttifaq nə üçündür? - Aktyorlara dəstək olmaq, onları dəvət etmək üçün. Əgər qurum mənim üçün heç bir iş görmürsə, nə üçün mən nəsə etməliyəm?”
“Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurumdan hansı gözləntiləriniz var?” sualımıza isə aktrisa bu cür cavab verdi: "Bilmirəm. Hər şeyi zamana buraxmışam".
Bir məsələni də xatırladaq ki, 2012-ci ilin sentyabrında bir qrup kino xadimləri Rüstəm İbrahimbəyovun sədri olduğu ittifaqdan çıxaraq, Şəfiqə Məmmədovanın qurumuna üzv olmaq üçün müraciət etmişdi. Onlarən arasında aktrisa Münəvvər Əliyevanın da adı çəkilirdi.
Şəfiqə Məmmədovanın rəhbəri olduğu ittifaqın üzvü olan rejissor Məzahir Həşimov da Rüstəm İbrahimbəyova müraciət etdiyini bildirib: “Əslində ittifaqdan çıxmamışam. Lakin Rüstəm İbrahimbəyovla görüşümdə ona bildirdim ki, kino ilə məşğul olmaq üçün hər iki ittifaqın üzvü olmaq istəyirəm. Mənə bildirildi ki, problem yoxdur, hər iki ittifaqda ola bilərəm".
Rejissor üzvü olduğu ittifaqın fəaliyyətsizliyi haqqında səslənən ittihamlarla razı olduğunu bildirdi: "İttifaqda dəxlisiz işlər görülür, yəni kino ilə bağlı ortada heç bir iş yoxdur. Əslinə qalsa iki ittifaq heç bir işlə məşğul olmur. Sadəcə indi biri kitab buraxır, biri də məzarların üstünü təmizləyirlər. Nə master-klasslar, nə görüşlər keçirilir. Üzvü olduğum ittifaqı tərk etdim, ya etmədim - bir fərqi yoxdur. Tanıdıqlarımdan heç kəs hələlik digər ittifaqa keçməyib. Ola bilsin ki, nədənsə çəkinirlər və sairə. Yəni, hələlik hər kəs yerində oturub, sayır, nə bir yenilik, nə bir iş yoxdur. Özüm neçə ilərdir ki, artıq ittifaqın qapısını açmıram".
Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Əli Vəliyev iddialara bu cür aydınlıq gətirdi: “Buyursunlar, istənilən adam ittifaqa daxil ola və yaxud çıxa bilər. Biz burada avtoritar rejim qurmamışıq. Yəni, hər kəs seçimində sərbəstdir. Lakin belə bir qayda var ki, digər ittifaqa üzv olan şəxslər bizim ittifaqa üzv ola bilməzlər. Biz oradan çıxış ərizəsi alınmayınca şəxsi ittifaqımıza qəbul etmirik. Lakin onlarda belə bir qayda yoxdur, yəni, kim gəldi quruma daxil edirlər. Hələlik heç kəs ittifaqdan çıxmaqla bağlı istefa ərizəsi verməyib. Kim ittifaqı tərk etmək istəyirsə, gəlib qurumda ərizə yazmalıdır".
Əli Vəliyev ittifaqın fəaliyyətsizli haqqında səslənən ittihamlara da mövqe bildirib: "Bizi fəliayyətsizlikdə necə ittiham edə bilərlər ki, pandemiya şəraiti davam etməsinə baxmayaraq, hazırda “Qarabağ Azərbaycandır” adlı böyük ssenari müsabiqəsi gedir. Bu məsələ yüksək səviyyədə bizə həvalə olunub. Bununla bağlı mətbuatda, mediada elanlar vermişik. Hazırda nəinki Azərbaycanın özündən, hətta xarici ölkələrdən belə ssenarilər gəlir. Həətta çoxsaylı müraciətləri nəzərə alaraq, müsabiqənin vaxtını 1 ay uzatmışıq. Həmçinin vaxtaşırı yubiliyarlarla bağlı tədbirlərimiz olur. Gənc tələbələr üçün təqaüdlər, mükafatlar təsis edirik. Bizi fəaliyyətsizlikdə ittiham edən adamlar bu günə qədər bəlkə nəsə təklif, xahiş ediblər? Biz onları heç bir dəfə də olsun ittifaqda görməmişik".
Qurumun 2012-ci ildən icraçı katibi olan Cəmil Quliyev isə istefalarla bağlı məlumatı olmadığını bildirdi:
"Bu məsələyə gərək katibin özü rəy bildirsin. Çünki kimin istefa verib, çıxdığı barədə məlumatım yoxdur, yəni bu haqda məlumat verilməyib. İttifaqın aparatı ilə əlaqə saxlayıb, kimlərinsə istefa verib-verməməsi ilə maraqlandım. Mənə bildirdilər ki, heç kəs bununla bağlı ərizə yazmayıb. Hər halda bu ittifaq sərbəst qurumdur. Hər kəsin öz fikri, mövqeyi var, kim istəsə çıxa, tərk edə bilər. Əgər başqa ittifaqda onlara yaxşıdırsa, təbii ki, ora gedəcəklər".
Cəmil Quliyev ittifaqın fəaliyyəti haqqında da məlumatsız olduğunu bildirdi: "Bu haqda da daha yaxşı məlumatı sədr verməlidir. Mən qurumun ictimai əsaslar katibiyəm. Hazırda orada nə baş verdiyindən xəbərsizəm. Aparatdan öyrənmək lazımdır ki, onlar hazırda orada nə işlə məşğuldur, nə edirlər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Paşinyana qarşı çıxacaq ciddi fiqurlar peyda olub - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
Bu gün, 18:10 |
|
|
|
• "Rufo Gəncinski"yə 3 gün vaxt verildi - Rusiya mediası
Bu gün, 18:04 |
|
|
|
• Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
Bu gün, 17:58 |
|
|
|
• Bu baş vermərikcə, müharibənin bitməsi MÜMKÜN DEYİL - Rauf Arifoğlu
Bu gün, 17:55 |
|
|
|
• "Qəzaların baş verməməsi üçün liftlərin təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır" - AÇIQLAMA
Bu gün, 17:51 |
|
|
|
• Müqayis Verdiyev yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:47 |
|
|
|
• "Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq
Bu gün, 17:43 |
|
|
|
• Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
Bu gün, 17:40 |
|
|
|
• Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39 |
|
|
|
• Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37 |
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
|