Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı? - ARAŞDIRMA
Tarix: 3-06-2021, 18:20 | Çap et
“Alyonka” şokoladı... Bu şokoladın adını eşidən, üzərindəki şəkli görənlərin gözü önündə uşaqlıq illəri canlanır. Hə, bu şokolad Sovet dövrünün ən məşhur brendlərindən biri hesab edilirdi.
Bəs, sizə heç maraqlı olubmu ki, bu şokolad kağızının üzərindəki uşaq şəkli kimindir?
Bəlkə də bir çoxlarınız bunun real uşaq olmadığını da düşünmüsünüz. Amma realdır. Elə isə bu fotonun tarixinə bir nəzər salaq.
Bu şokolada adı ilk sovet kosmonavt qadını Valentina Tereşkovanın qızının adından verilib. Amma adın şəkildəki uşaqla heç bir əlaqəsi yoxdur. Şokoladın siması başqa sovet qızına aiddi.
Şokoladın tarixi hələ 60-cı illərin əvvəllərində başlayıb. SSRİ necə deyərlər, hamının əli çatacağı südlü şokoladın hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqənin qalibi isə “Qırmızı oktyabr” ( “Красный октябр”) fabriki oldu.
Hə, şokoladın resepti müzakirələrə səbəb olmuşdu. Həm dadlı, həm də hər kəsin ala biləcəyi bir şokolad olmalı idi. Bu həll olundu. Digər çətinlik isə onun üzərində olacaq şəkil idi. Rəssamlar yüzlərlə şəkillər çəksə də, uyğun olanı yarada bilmirdilər.
Seçim isə rəssam Aleksandr Qerinasın qızı Yelenanın fotosunda dayandı. Qerinasın həyat yoldaşı 1960-cı ildə qızlarının 8 ayı tamam olanda onun şəklini çəkmişdi. 1962-ci ildə şəkil “Zdorovye” jurnalında çap edilmişdi. 1965-ci ildə isə “Veçernaya Moskva” jurnalında şokolad üçün müsabiqə yaradılanda şəkil yenidən yada düşür.
Düzdü, şəkil hazır idi. Amma müəyyən dəyişikliklər lazım olur. Rəssamlar bir neçə xırda dəyişiklik edirlər. Gözləri qəhvəyidən maviyə dəyişirlər. Üzünü isə bir qədər uzadırlar. Yanaqlarını qızardaraq dodaqlarını daha dolğun edirlər. Beləliklə, 1966-cı ildə bütün dünyada tanınan şokolad və onun üzəridəki şəkli meydana gəldi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, şəklin çəkilməsi zamanı edilən dəyişikliklər 2000-ci ildə “Krasnıy oktyabr” fabrikini Yelena Qerinasa 5 milyon təzminat verməkdən xilas etdi. Belə ki, Elena Qerinasın tələbi nəticəsində məhkəmə qərara almışdı ki, şəkil tam olaraq eyni deyil, yığılma şəkildir.
Amma indi bir nüansa diqqət yetirək. Üzərində real insanların fotoları olan təkcə “Alyonka” deyildi axı. Ondan sonra da şəkli elə olduğu kimi, heç bir müdaxilə olunmadan, dəyişdirilmədən şokolad qutuları üzərinə vurulan insanlar var. Həm də onlar sadə insanlar deyil, məşhurlardır. Bütün dünyada olduğu kimi belə məşhurlardan Azərbaycanda da var. Düzdü, hazırda bu ənənə davam etməsə də, bir zamanlar onların şəkilləri şokolad qutularını bəzəyirdi. Bu məşhurlar sırasında Xalq artistləri Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Mələkxanım Əyyubovanın da adı keçir. Bəs, onlar buna görə hər hansı bir təzminat alıblarmı?
Yaxşısı budur bu haqda özləri danışsınlar.
“Əlbəttə. Mənim razılığımla verilirdi şəkillərim. O vaxt vəziyyət elə idi ki, pula da ehtiyacımız var idi. İş adamları da çox deyildi. Tək-tük adını eşidərdik. Bu iş adamı vardı, naxçıvanlı idi. Məndən icazə aldı və şəkillərimi verdi. Buna görə mənə ayda 1000 manat ödəniş edirdi”.
Xalq artisti Mələkxanım Əyyubova Lent.az-a açıqlamasında deyir bu sözləri. Və onu da əlavə edir ki, elə şokolad qutularına şəkli vurulan ilk azərbaycanlı məşhur da özü olub.
“Sonra başqa müğənnilərin də şəkli verilməyə başlandı. Nazpəri xanımın və Məleykə xanımın da şəkilləri var idi. Əslinə qalsa, mən belə şeylərə razı olacaq bir xanım deyiləm. Onda da belə idi. Sonra düşündüm ki, burada pis heç nə yoxdur. Eyni zamanda pula da ehtiyacım var. Ona görə də razılaşdım”.
Xalq artisti onu da bildirir ki, bu işin ona daim köməyi dəyib.
“Bir dəfə mən xaricdə olanda bir az çətinliklə qarşılaşmışdım. Həmin şirkətlə əlaqə saxladım. Onların həmin ölkədə filialı var idi. Məni orada qarşıladılar, otelə yerləşdirdilər. Yəni bu cür xidmətləri də var idi. Hər ay qutularla müxtəlif konfetlər, şokoladlar göndərirdilər. Hətta mən danışmışdım onlarla, hər ay yardımlar da edirdik uşaq evlərinə. Xeyriyyə işləri edirdik. Ona görə də həmin illərlə bağlı xoş xatirələrim çoxdur”.
Xalq artisti Məleykə Əsədova da mediaya açıqlamasında 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb. Aktrisa həmin şəkillərin müqavilə əsasında qutulara vurulduğunu deyib.
“1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi. Qutulara mənim rəsmlərim vurulurdu, amma bir-iki ildən sonra dayandırdım, icazə vermədim. Özü də tapşırırdım ki, mənim şəklim olan qutularda keyfiyyətli şokoladlar olsun. Mələkxanım Əyyubovanın da şəkilləri vurulurdu. Amma sonra şəkillər çoxaldı, biz istəmədik”.
Mövzuyla bağlı Xalq artisti Nazpəri Dostəliyeva ilə də əlaqə saxladıq. Nazpəri xanım Lent.az-a açıqlamasında deyir ki, buna görə ona heç bir təzminat ödənilməyib.
“Mənə heç bir pul ödənməyib. Açığı, buna görə icazə də almayıblar. Amma mən də heç vaxt şikayətçi olmamışam. Həmişə düşünmüşəm ki, əgər kimsə mənim şəkilimdən yararlanaraq evinə bir parça çörək aparırsa, xoş halalı olsun”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Paşinyana qarşı çıxacaq ciddi fiqurlar peyda olub - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
Bu gün, 18:10 |
|
|
|
• "Rufo Gəncinski"yə 3 gün vaxt verildi - Rusiya mediası
Bu gün, 18:04 |
|
|
|
• Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
Bu gün, 17:58 |
|
|
|
• Bu baş vermərikcə, müharibənin bitməsi MÜMKÜN DEYİL - Rauf Arifoğlu
Bu gün, 17:55 |
|
|
|
• "Qəzaların baş verməməsi üçün liftlərin təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır" - AÇIQLAMA
Bu gün, 17:51 |
|
|
|
• Müqayis Verdiyev yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:47 |
|
|
|
• "Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq
Bu gün, 17:43 |
|
|
|
• Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
Bu gün, 17:40 |
|
|
|
• Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39 |
|
|
|
• Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37 |
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
|