ARB TV-nin “Söz-Baz” verilişinin növbəti qonağı müğənni Ayan Babakişiyeva olub.
Müğənni ailə və övlad istəyindən danışıb:
“Çox istəyirəm ki, ikinci övladım olsun. Allah mənə gözəl ailə qismət etsin. Kişilik kəlməsi kişidir deyə deyilmir, bu, damarda axır. Belə bir deyim var, onun xəmiri yaxşı yoğrulub. Forması kişi olub, içi boş olmasın. Sahiblənən, sədaqətli biri olsun. Qısqansa da, o, mənim toxunulmaz nöqtəmdir”.