Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                 

"Ümumiyyətlə, mən mimikalarla işləyən insanam"
Tarix: 12-07-2021, 08:31 | Çap et
"Ümumiyyətlə, mən mimikalarla işləyən insanam"
Tanınmış teleaparıcı Mətanət Əliverdiyeva Moderator.az-ın suallarını cavablandırıb.

- Mətanət xanım, bu günlərdə xəbərlər yayıldı ki, MTV-dən çıxıb Xəzər tv-yə keçmisiz. İstərdim söhbətimizə elə bu xəbərdən danışmaqla başlayaq.

- Xeyr, MTV-də “6-8” verilişim davam edir. Bilmirəm insanlar niyə belə başa düşüb, doğru olmayan xəbərlər yazırlar. Sadəcə olaraq prodakşından dəvət gəldi, razılaşdım. Yeni layihəmiz “Gəzək-bişirək” mətbəx verilişidir, bütün bölgələri gəzib, hər bölgənin özünəməxsus yeməklərini sizlərə çəkib göstərəcəyik. Mətanət həm MTV-də, həm Atv-də, həm də Xəzər tv-dədir. Bir sözlə hər yerdə (gülür). Atv-də “Qız atası” serialımız yayımlanır, MTV-də “6-8” canlı verilişimiz, Xəzər tv-də də “Gəzək-bişirək” adlı yeni layihəmiz yayımlanacaq.

- Bu qədər işlə yorulmursuz? Enerji mənbəyiniz nədir?

- Enerji mənbəyim həyatsevərliyimdir, işləmək, işləmək və yenə də işləmək. Başqa heç nə ola bilməz! İşimi sevirəm, nida işarəsi!

- Aktrisa yoxsa aparıcılıq, hansı sizə zövq verir?

- Hər ikisi, çünki hər ikisi biri-birinə bağlıdır. Heç birini ayırmıram. Əksinə, aktrisalıq mənə daha çox imkan verir ki, onu aparıcılıqda da göstərə bilim. Çünki orada bir başqa jestlər, mimikalar var. Ümumiyyətlə mən mimikalarla işləyən insanam.

- Mətanət xanım, aktrisalıqdan söz düşmüşkən, hansı ixtisası bitirmisiz?

- Mən Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişəm. O vaxt çox gözəl pedaqoqlar fəaliyyət göstərirdi, maşallah olsun elə indi də var. Xalq artistləri Şəfiqə Məmmədova, Həsən Turabov, Kamal Xudaverdiyev məndən qabiliyyət imtahanı götürürdülər. Nə deyirdilərsə onu da edirdim. Şeir, monoloq, etüd, rəqs. Nə bacarırdımsa etdim. Onlar hiss etdilər ki, mən mimikalarımla çox yaxşı işləyirəm. Qabiliyyət imtahanında Həsən Turabov məni Şəfiqə Məmmədovaya göstərib dedi ki, Şəfiqə, gözlə yerinə biri gəlir deyəsən. Şəfiqə xanım çox çox sevdiyim sənətkardır. O da dedi ki, mən çox istərdim ki, belə aktrisalarımız səhnədə olsun. Əlbəttə ki, mən Şəfiqə Məmmədova ola bilmərəm, amma çalışdım ki, Mətanət olum, mətanətli yaşayım.

- “Qız atası” serialında qızlarınızı necə lazımdırsa “cəzalandırırsınız”. Ümumiyyətlə olubmu ki, obrazı unudub, həqiqətən də onları incitmisiz?

- (Gülür). Əslində reallıqda Azərbaycan ailəsində qızlar anaları tərəfindən danlanır, ya görürsən ki, saçları yolunur, ayaqqabı çıxıb dəyir onlara. Düzdü, mən bunları orada ana obrazım olaraq tətbiq edirəm, qızlar artıq buna alışıb. 8-ci mövsümə keçəcək artıq serial. O qızlar mənim ürəklərimdir, canlarımdır. “Qızını döyməyən, dizini döyər” sözü ilə razı deyiləm, xeyr. Ümumiyyətlə nəinki qızı, insanı döyməzlər. Bu bir obrazdır ki, ana hirslənir, bu cür hərəkət edir. Çəkilişdən sonra onları qucaqlayıb öpürəm, 10 dəfə üzr istəyirəm. Onlar da deyirlər ki, “ay ana, artıq alışmışıq” (gülür). Bu qarşılıqlı bir anlayışdır. Onlar razı olmasaydılar əlbəttə ki, mən etməzdim. O qədər də elə incitmirəm, çox sağ olsun qızlar ki, buna qarşılıq verirlər.

- Bir neçə telekanalda çalışırsınız. Maddi gəliriniz xərclərinizi ödəyə bilir?

- Bu sirrdir (gülür). Mən çalışmıram ki, oradan nəsə gəlir əldə edim. Mən işimdən zövq alıram. Düzdü, gəlir də vacibdir, amma ilk növbədə mənim üçün işdir. Sən iş təqdim etməlisən ki, onun da bəhrəsini görəsən.

- Amma çox təəssüflər olsun ki, bir zamanlar səsini radiolardan eşitdiyimiz Mətanət xanımın indi səsini heç bir radiodan eşitmirik. Buna səbəb nədir?

- Buna xüsusi bir səbəb yoxdur, sadəcə olaraq hazırda radioya vaxt ayıra bilmirəm. Radio mənim üçün həyatdır, radio mənim televiziya sahəsində addım atmaqda çox böyük rolu olan bir aləmdir. Əslində radio üçün darıxıram. Bilmək olmaz, bir də gördünüz hansısa layihə ilə yenidən radioya qayıtdım. Haradasa 1 saatlıq, saat yarımlıq verilişlə. Hər şey mümkündür, təki insan istəsin.

- Kimləri bağışlaya bilmirsiz? Ümumiyyətlə həyatınızda bu tip insanlar varmı?

- Əstağfurullah! Mən kiməm ki, insanları bağışlamayım?! Allah onların günahından keçsin. Hər birimiz insanıq, hər birimizin səhvi ola bilər. Heç bir kinim-küdurətim olmayan biriyəm. Düzdü kiminsə mənə etdiyi pisliyi unutmuram, amma o insana qarşı da kin saxlamıram. Elə bir insanam ki, deyə bilmərəm ki, mənim düşmənim var. Qətiyyən! Çox yumuşaq xasiyyətliyəm.

- Həyatınızda nəyi dəyişmək istərdiniz?

- Heç nəyi! Mən dəyişməklə deyil ki, həyat özü davam edir. Heç nəyi dəyişməzdim.

- Bəs efirə ilk çıxdığınız gündən bu günə qədər sizdə dəyişməyən nədir?

- Nəinki efirə çıxmaq, doğulduğum gündən bu günə qədər məndə heç nə dəyişməyib. Ola bilər ki, yaş ötür, insan görkəmcə dəyişib, yaşlana bilər. Amma xasiyyətim elə həminkidir. Çılğın, emosional və pozitiv.

- Zaman-zaman verilişlərinizdə jurnalistləri tənqid edən müğənnilərə necə deyərlər “yerlərini göstərmisiz”. Ümumiyyətlə jurnalist-müğənni dostluğu axıra qədər gedir?

- Mən özüm bu sahəni çox yaxşı bilirəm. Böyük bir jurnalist məktəbi görmüşəm. Söhbət əlbəttə ki, ilk çalışdığım Ans telekanalından gedir. Dostluq məgər jurnalistə, müğənniyə baxır? Ümumiyyətlə dost anlayışı çox çətindir. Fərq etmir hansı sahədə çalışırsansa çalış. Dost anlayışı çox fərqlidir. Hər insana dost demək olmur. Niyə müğənni ilə jurnalistin dostluğu olmur ki? Ola bilər! Onun işə, vəzifəyə heç bir aidiyyatı yoxdur. Mən yenə də deyirəm, mənim dostluğumun işimə heç bir aidiyyatı yoxdur. Mən elə mənəm! Sabah Mətanət efirdə olmaya bilər, onda ətrafımdakılar məndən üz döndərməlidir? Qətiyyən mən bu fikirdə deyiləm.

- Amma bizdə belədir ki, aparıcı efirdə deyilsə müğənni ondan uzaq gəzir. Sənətçilərin əksəriyyətinin dostluğu təmənnalıdır. Biz bu kimi halların çox şahidi olmuşuq.

- Müğənnilər hamısı canımız, ciyərimizdir. Heç biri ilə yaxınlığım yoxdur, “salam-sağol”, bayramdan bayrama zəngləşib, hal-əhval tutarıq. Ona görə də mənim üçün bunun fərqi yoxdur, biz sadəcə verilişdə görüşürük. Həyat tərzim deyil ki, efirdə çıxıb, gedib onlarla hardasa oturub yeyib-içim. Bu məndən uzaqdır. Evdən çıxan kimi yenidən evə qaçıram. Çünki uşaqlarım var. Ona görə də mən vaxtımı daha çox özümə və evə həsr edirəm. Toydan-toya görüşə bilərik. Nə mənim onlardan, nə də onların məndən heç bir asılılığı yoxdur. Hər biri mənim, mən də hər birinin xətrini çox istəyirəm. Çünki verilişə çağıranda sevinə-sevinə gəlirlər. Bilirlər ki, orada pozitivlik, dürüstlük var, heç kimi sancmayacağıq.

- İmicinizi dəyişmisiz yoxsa əməliyyat keçirmisiz? Deyərdim ki, 20 il əvvələ qayıtmısız. Bu görünüşünüz bir çox izləyicilərdə “əməliyyat” şübhələrini artırıb.

- Qətiyyən! Əgər lazımdırsa mən çox asanlıqla əməliyyat oluna bilərəm, burada problem yoxdur. Sadəcə olaraq 14 kilo arıqlamışam. İradəm çox güclüdür. Adım Mətanətdir mənim, adımı İradə də də, Mübariz də qoya bilərdilər (gülür). Çox iradəliyəm, özüm-özümlə mübarizə aparan bir insanam. Sadəcə olaraq çörək və şirniyyatı özümdən uzaqlaşdırmışam. Arada konfetlə çay içə bilərəm. Tez kökəlib, tez arıqlamağı bacarıram. Hər şey insanın özündən asılıdır. Qətiyyən əməliyyat etdirməmişəm. Niyə etdirməliyəm ki? Əməliyyata pis baxmıram, lazım gələndə cərrahın plastik bıçağının altına düşmək də olar. Hər bir xanım formada qalmağı sevir. İndi kişilər də plastik əməliyyat etdirirlər. Ümumiyyətlə insan özü üçün nə edirsə bunu normal qarşılayıram. İstəyir efir adamı olsun, istəyir adi insan. Bu onun həyatıdır. Kənardan kimsə başqasının həyatına müdaxil edə bilməz, buna çox pis baxıram. Bu belə də olmalıdır. Sən kimsən ki, mənim həyatıma müdaxilə edirsən? Bu mənim həyatımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru