“Nənəm ölən günə qədər Nəcibə Məlikovanı qəbul etmədi...”
Tarix: 2-03-2022, 09:05 | Çap et
Sevilən aktrisa Nəcibə Məlikovanın oğulluğu, AFFA-nın keçmiş baş katibi Fuad Əsədov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: - Fuad müəllim, siz uzun illər AFFA-nın baş katibi çalışmısınız. Bu vəzifəyə sizi kim təyin etmişdi? - Mən yol mühəndisi işləməklə əmək fəaliyyətimə başlamışam, sonra Avtomobil Yolları nazirinin birinci müavini olmuşam. 11 ay da da naziri əvəz etmişəm. Nazirliklər ləğv ediləndən sonra mən Kənd Yolları üzrə birliyin rəhbəri oldum. 50 rayonda mənim yol tikinti idarəm var idi. Məni Fuad Musayev AFFA-ya baş katib dəvət etdi. 13 il baş katib işlədim. - Fuad müəllim, sevilən aktrisa Nəcibə Məlikova sizə sözün əsl mənasında analıq edib. İstərdim Nəcibə xanımın atanızla tanışlığından danışasınız.
- 1943-cü ildə Nəcibə xanım teatr texnikomunu bitirən kimi təyinatla Gəncə Dövlət Dram Teatrına gəlib. Elə orada işləyən dövrdə də mənim atamla tanış olub, 1943-cü ilin axırında ailə həyatı qurublar. 1945-ci ildə Nəcibə xanımın övladı Saqib anadan olub. Atam 3-cü dəfə Leyla xanımla ailə həyatı qurandan sonra Nəcibə xanım 1948-ci ildə Saqibi də götürüb Bakıya qayıdıb. Atamın 3-cü nigahından iki bacım dünyaya gəlib. Nəcibə xanım atamın iki evliliyindən olan uşaqlarla çox gözəl ünsiyyəti var idi. Saqiblə biz ögey qardaş sayılırdıq. - Bəs Nəcibə xanımla necə tanış oldunuz? - Mən Nəcibə xanımla 1949-cu ildə tanış olmuşam. Nəcibə xanım bu vaxt Bakıdan Gəncəyə qastrol səfərinə gəlmişdi. Oğlu Saqib də onunla bir yerdə idi. Baxmayaraq ki, mən Gəncədə anadan olmuşdum, amma Tovuzda yaşayırdıq. Ana nənəm Tovuzlu idi. Atam Nəcibə xanımla evlənəndən sonra nənəm məni də, anamı da atamdan ayırıb, özü ilə Tovuza apardı. 11 yaşım olanda ana nənəm məni Gəncəyə, digər nənəmin yanına gətirib, məni onlarla tanış etdi. Heç atamın özü də mənim yadıma gəlmir. Nəcibə xanım da məni görməyə can atırdı. Tovuzda dost-tanışı çox idi, deyirdi ki, mən gələcəm, qatar Tovuza çatanda Fuadı gətirib mənə göstərərsiniz. Nənəm, babam ona da imkan vermirdi. Nənəm ölən gününə qədər Nəcibəni qəbul etmədi. Mən artıq Saqiblə də tanış olmuşdum. Daha sonralar Nəcibə xanım hər yay Saqibi tez-tez Gəncəyə istirahətə göndərirdi. İllər keçdi, tələbə adını qazanıb universitetə daxil oldum. Bu illər bizim Nəcibə xanımla münasibətimizin ən parlaq dövrü oldu. Çünki mən Bakıda oxuyurdum və yaşayırdım. Nəcibə xanım mənə dedi ki, sən də mənim oğlumsan, qətiyyən yad deyilsən. Universitetdə oxuduğum 5 il ərzində Nəcibə xanım hara gedərdisə özü ilə məni də aparardı. Saqib ağlayırdı ki, məni niyə aparmırsan? Deyirdi ki, Fuad sənin böyük qardaşındır, sən hələ kiçiksən! Nəcibə xanım o vaxt Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Nəsibə Zeynalova və s. sənətkarlarla yaxın rəfiqəlik edirdi. Hamısı da məni görən kimi deyirdi ki, ay Nəcibə, Fuad ərinə necə də oxşayır! - Nəcibə xanımdan heç ögey münasibət görmüsünüz?
- Xeyr! Nəcibə xanım mənə əsl ana olub! O mənə elə analıq edib ki, bəlkə heç doğma ana balasına elə analıq etmir. Aramızda daim hörmət, izzət var idi. Daha sonra mən evləndim, Nəcibə xanım mənim toyumda da çox böyük həvəslə iştirak etdi. Mənim uşaqlarım Nəcibə xanıma nənə deyirdilər. Hər yay onları özü ilə istirahətə aparardı. - Deyilənə görə Nəcibə xanımın da baş rolda oynadığı “Ögey ana” filmi sizin həyatınızdan bəhs edir. Bu doğrudur? - “Ögey ana” filminin həm ssenaristi, həm də rejissoru Həbib İsmayılov idi. O ssenarini yazandan sonra Nəcibə xanıma verdi ki, tanış olsun. Çünki onu artıq Dilarə obrazına seçmişdilər. Ssenarini oxuyanda məni yanına çağırıb gülərək dedi ki, bu elə bil bizim həyatımızdandır. O ssenarinin bəzi yerlərində dəyişiklik etdi, öz həyatını ora yazdı. Nəcibə xanımın həyatda oğlu var idi, filmdə göstərdilər ki, guya qızı var. Ələxsus da nənəmlə olan münasibətlərini filmdə önə çıxarmışdılar. Bu filmdən sonra bizim evə nə qədər məktublar gəlirdi. Hər bir uşaq öz ögey anasından yazırdı. Nəcibə xanım deyirdi ki, həmin məktubları bir-bir oxu, cavab yaz. Nəcibə xanımın ana obrazı hamıda böyük təşviş yaratmışdı! Hamı düşünürdü ki, belə analıq olar?! - Ona nə deyə müraciət edirdiniz?
- Mən hər zaman Nəcibə xanım deyə müraciət etmişəm. Özü də mənə deyirdi ki, sənin kimi mənə Nəcibə xanım deyən yoxdur (gülür). Mən bəzən düşünürəm ki, Nəcibə xanım niyə mənə bu qədər isinib?! Çünki o məni atama oxşadırdı, elə zənn edirdi ki, atam onun yanındadır. Mən əməliyyat olunmuşdum, xəstəxanada yatırdım. Nəcibə xanım gündə yanıma gəlib-gedirdi. - Nəcibə xanım atanızdan sonra ailə həyatı qurdu? - Xeyr! O atamdan başqa heç kimi sevə bilməzdi! Meylini oğluna və nəvəsi Simaya salmışdı. Atam dünyasını dəyişəndə mənim 12 yaşım var idi. - Nəcibə xanımdan atanızı xəbər almışdınız? - Bəli, soruşurdum. Atamdan söz düşəndə Nəcibə xanım ancaq gülürdü. Səbəbini soruşanda, başını yelləyib deyirdi ki, oooohooo! (gülür) Başa düşdüm ki, atam çox cavanlıq edib.
- Nəcibə xanımın son günlərini necə xatırlayırsınız? - Son günlərini demək olar ki, xəstəxanada keçirirdi. Nəvəsi Sima onun yanında qalırdı. Ona “Ciba” deyirdi. Oyananda ondan soruşub ki, nənə, sən bir də həyata gəlsəydin, kiminlə ailə həyatı qurardın? Kimi sevərdin? Deyib ki, yalnız onu! Yəni mənim atamı! 1992-ci ildə Nəcibə xanım dünyasını dəyişdi. O rəhmətə gedəndə mən xarici ölkədə idim. - Deyilənə görə meymun Nəcibə xanımın üstünə tullanandan sonra şəkər xəstəliyinə tutulub, bu xəstəlik də onun ölümünü tezləşdirib. Bu həqiqətdir? - Xeyr, yalan söhbətdir! O Afrikaya getməmişdi ki, üstünə meymun da tullansın. Şəkər xəstəliyi hamıda ola bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
|