Səməd Səmədovun cavanlıq sirri
Tarix: 30-12-2013, 11:56 |
Çap et
Xalq artisti Səməd Səmədov cavan qalmasının sirrini açıb.
DİA.AZ-ın məlumatına görə, ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinə qonaq olan müğənni hər səhər idman etdiyini deyib:
“Mən başqaları kimi günortaya qədər yatmıram. Səhər tez oyanıb idman edirəm. Bu da məni gümrah və cavan saxlayır. Bir də həmişə əhvalımı yüksək tuturam. Beləcə qocalmıram”.