Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                     Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub .....                     Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları .....                     Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək .....                     "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..." .....                     “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb” .....                     Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb .....                     Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? .....                     Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? .....                     "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..." .....                     “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” .....                     Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri .....                     Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı .....                     Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi .....                     Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                     Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir .....                     İrəvan KTMT-dən imtina etdi, .....                 

Kino ittifaqları birləşəcəkmi? - MÜZAKİRƏ
Tarix: 3-01-2023, 10:59 | Çap et
Kino ittifaqları birləşəcəkmi?
2022-ci ildə ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşəsi oldu. Aylardır ki, kinematoqrafçılarımız arasında olan mübahisələr bitmək bilmir ki, bilmir. Bəs görəsən, bu il hər iki qrum daşı ətəyindən töküb birləşəcəkmi?
Öncə hər iki qurumla bağlı məlumatı sizə təqdim edirik.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963- cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb. AKİ Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir. Hazırda həmin qruma Xalq artisti Rasim Balayev rəhbərlik edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı isə 2012-ci il iyunun 21-də "Nİzami" Kino Mərkəzində "Kino və konseptual problemlər" mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunmuş və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilmişdi. Bu ilin dekabrın 20-də isə Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilib. Şəfiqə xanımın yenidən katib seçilməsi sükutu yenidən pozdu. Sosial mediada geniş müzakirələrə səbəb oldu. Bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb. Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi Ayaz Salayev Kino ittifaqlarının Azərbaycan filminə heç bir töhfəsi yoxdur. O bildirib ki, kinomuz pis vəziyyətdədir: "Bu, ortadadır və kino ittifaqlarının Azərbaycan kinosuna heç bir faydası yoxdur. İttifaqların birləşməsi fikri də tez-tez səslənir. Belə bir şey olarsa, mən üzvlükdən imtina edəcəyəm".

ARKİ-nin katibi bildirib ki, ola bilsin ki, irəliləyən günlərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) qurultayı keçirilsin. O, səsləndirilən iradlarla tanış olmadığını qeyd edib: "Mən ARKİ-nın son iclası ilə bağlı səsləndirilən fikirlərlə tam tanış deyiləm. Amma deyim ki, bu, seçki deyildi, sadəcə iclas idi. Və məqsəd, bir növ, Şəfiqə Məmmədovanın namizədliyini dəstəkləmək idi. Ola bilsin ki, irəliləyən günlərdə qurultay keçirilsin. Bir daha təkrar edirəm, bu, seçki deyildi, sadəcə dəstək məqsədli iclas idi".
Bununla bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov açıqlama verib. O, məsələdən hiddətləndiyini qeyd edib: "Biz qurultayın keçirilməsini gözləyirdik. Çünki sədr seçki yolu ilə qurultayda seçilir. Bunun üçün bütün kino ittifaqının nümayəndələri yığılır, bülletenlər paylanılır, sonra sədrin hesabatı dinlənilir və nəhayət sonuncu mərhələdə seçkilər keçirilir. Həmçinin, qurultay üzvləri sədrin hesabatına münasibət də bildirməlidilər. Mənə dedilər ki, qurultay olub və Şəfiqə Məmmədova sədr seçilib. Cavab olaraq bildirdim ki, bu hadisədən mənim xəbərim yoxdur. Dünyanın hər yerində kino ittifaqlarının sədri kino rejissoru olur. Çünki bu, rejissor sənətidir. Aktyor isə gəlib çəkilir və gedir, onun yeri teatrdır. Aktyor necə ittifaqa rəhbərlik edə bilər ki? Şəfiqə Məmmədova ilin sonunda hesabat adı ilə İdarə Heyətini çağırıb, seçki edərək özünü sədr seçdirib. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya deyib ki, qurultay keçirildi və mən sədr seçildim. Hansı qurultay? Harada keçirildi?"
Xalq artisti bildirib ki, iclasda idarə heyətindən 8-10 nəfər iştirak edib. Lakin burada ittifaqa daxil olan ən sadə üzvdən rəhbər heyətə qədər hamı iştirak etməli idi. Həmçinin, qurultayda sədr seçmək üçün bir neçə namizəd olmalıdır. Nə qurultay baş tutub, nə də Şəfiqə Məmmədovaya alternativ namizəd olub: "Şəfiqə xanım da deyib ki, "Şeyx gəlsə, aləmi qatar bir-birinə". Kinoya xidmət edən və ittifaqın yadacısı olanlardan biri mənəm. 50 ildir ki, bu sahədəyəm, Şəfiqənin o zaman harada olduğunu heç kim bilmir. Şəfiqə Məmmədova hazırda bilmir ki, ittifaqda kim nə ilə məşğuldur. Mən 10 ildir ki, kinoda yoxam, onun isə bu sahəyə heç bir aidiyyatı yoxdur".
O, əlavə edib ki, bu yalançı qurultaydır və dövlətin adından istifadədir:
"Şəfiqə Məmmədova dövlətin adı ilə yalandan alver edib və katiblərin hesabat məruzəsini dinləyib. Həmçinin, onu qurultay kimi təqdim edərək mətbuata da informasiya verib ki, guya yekdilliklə sədr seçilib. Bu, yalandır, belə bir qurultay və seçki olmayıb. Bu, çox gülməli vəziyyətdir. 10 ildir ki, qurulay keçirilmir, amma onun 5 ildən bir keçirilməsi lazımdır. Dövlət buraya pul ayırıb. Şəfiqə Məmmədovanın 80 yaşı var, onun sədr kimi orada nə işi var? Bu ittifaq heç nəyi həll etmir. İttifaq 2-3 nəfərin şəxsi butqası və sexinə çevrilib. Onlar da öz qohumlarını oraya yığıblar. Orada nə işlə məşğuldurlar, heç kim bilmir. Dövlət ittifaqa o qədər pul ayırır, lakin kinonun özünə pul ayırmaq lazımdır. O puldan səmərəli istifadə edərək yaxşı filmlər çəkmək olar".
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev isə mətbuata açıqlamasında Azərbaycanda iki kino ittifaqına ehtiyac olmadığını bildirmiş, onların birləşdirilməsini təklif etmişdi. Həmin ittifaqın katibi Əli İsa Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında birləşməyə hər zaman hazır olduqlarını bildirib: "Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq hər zaman birləşməyə hazırıq. Düşünürəm ki, bir olsaq, əl-ələ versək, daha faydalı işlər görə bilərik".

Məsələ ilə bağlı sabiq Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ictimai birliklərdir. Bu qərarı onlar verməlidirlər: "Biz onların fəaliyyətinə qarışmaq istəmirik, sadəcə dəstək göstəririk. Bu ictimai birliklərin birləşməsi məsələsi onların özündən asılıdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru