Həm deyir vaxtı yox idi, həm də inciyir - "Zato" gündəmə gəlir...
Tarix: 1-02-2014, 11:13 |
Çap et
Müğənni Ramal İsrafilov onun mahnısını ifa edən türkiyəli ifaçı Alişandan inciyib.
Axşam.az-ın məlumatına görə, bu haqda sənətçi "ATV Maqazin" verilişinə açıqlama verib. Ötən həftə şəhərimizin qonağı olan türkiyəli müğənni Ramalla görüşməyib.
Bir vaxtlar R.İsrafilovun “Gözümün işığı” adlı mahnısını ifa edən Alişanın bu hərəkəti sənətçinin xətrinə dəyib:
“Onunla görüşmək üçün vaxtım yox idi. Amma özləri istəsəydi, təklif etsəydi, imkan tapardım. Bu hərəkət məni incitdi”.