İradə: “Evlilik məni stressdən xilas etdi”
Tarix: 6-02-2014, 11:33 |
Çap et
Türkiyədə yaşayan müğənni İradə İbrahimova Sevgililər günü macəralarından danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi həmin gün həyat yoldaşı üçün hazırlayacağı sürprizdən bəhs edib:
“Bizim Ceyhunla bir-birimizə verdiyimiz hədiyyə pulla alına bilməz. Bu bizim beş il ərzində bir-birimizə qarşı itirmədiyimiz sədaqətimiz, dürüstlüyümüz, sayqımız, sevgimiz və sakit ailəmizdir. Sevgiylə böyütdüyümüz qızımız İpək isə həyatda aldığımız ən dəyərli hədiyyədir. Amma bəzi hallarda biz də Sevgililər gününü qeyd edirik. Bu il isə yaxın dostlarımızla birlikdə şam yeməyinə gedəcəyik. Bu gün mənim üçün heç bir özəlliyi olmayan bayram idi. Subay vaxtlarımda Sevgililər gününü stress içində keçirirdim. Bütün gün fikirləşirdim ki, görəsən nə alım, nəyi bəyənər? Bu suallarla günlərlə özümü məhv edirdim. Çox şükür ki, evləndik və nikah məni bu stressdən xilas etdi”.