Müğənni Zamiq Hüseynov “Gör nələr olur” adlı mahnısına klip çəkdirib.
Axşam.az-ın məlumatına görə, sözləri Leyli İsrafilova, musiqisi Ləman Süleymanovaya aid olan mahnının ekran işi rejissor Fərhad Əliyə həvalə olunub.
Müğənninin prodüseri Elnur Həsənov klip üçün Ukraynadan Ksenya adlı model gətirildiyini bildirib:
“Klipdə açıq-saçıq səhnələr var. Buna görə də əcnəbi bir modelə müraciət etdik. Xüsusi geyimlər hazırlanıb. Modelyer Afaq İsmayılzadə indiyədək xanımlar üçün libaslar tikirdi. O, ilk dəfə Zamiq üçün kişi kolleksiyası hazırladı. Geyimlərin stili mənə aiddir. Ekran işinin böyük səs-küy doğuracağına inanırıq”.