Aşıq Mübarizlə müğənni Pünhan Piriyev arasında qalmaqal böyüyür.
Lent.az xəbər verir ki, müğənni Pünhan məsələ ilə bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.
O, nazirə müraciətində ölümlə təhdid olunduğunu, təhlükəsizliyinin təmin olunması üçün yardım istəyib:
***
saat 10:52
Aşıq Mübarizlə müğənni Pünhan Piriyev arasında TİkTokda “müharibə” başlayıb.
Lent.az-ın xəbərinə görə, tərəflər canlı yayım açaraq bir-birlərini çox pis ifadələrlə təhqir ediblər.
Aşıq Mübariz Pünhan Piriyevi yekəxana və səviyyəsiz adlandırıb. “Belələrini yerində otuzdurmaq lazımdır. Ona-buna qoşulub ulayırsan. Sən müğənni deyilsən...” kimi ifadələr işlədib.
"Mübarizin verilişdə mənim haqqımda danışdığı sözləri ciddiyə almadım, üstündən keçdim. Dedim yaşlıdır. Mübariz, sən kimin üçünsə saz çalan ola bilərsən. Amma sən heç kimsən. Bunu deyirəm, arxasında da dururam. Sən sənətkarların ayaqlarının tozu da deyilsən, o sənətkarların çölə atılan dırnaqları da deyilsən, sən mənə diş batıra bilmərsən, şərəfsiz təlxək. Kişiliyimə and olsun, sənin dizini yerə ataram"- Pünhan ona cavab verib.