“Ağdamın yeni vəziyyətini görmək istəyirəm” - Arif Babayev səhhətindən danışdı
Tarix: 4-05-2024, 10:39 |
Çap et
Ustad xanəndə, muğam sənətimzin özünəməxsus ifaçılıq üsulubunun yaradıcısı, Xalq artisti, professor Arif Babayevin səhhəti normaldır.
Bu barədə TNS-ə 86 yaşlı xanəndə özü məlumat verib: “Şükür ki, ağır vəziyyətdə deyiləm. Evdəyəm, durub gəzə bilirəm, babatam. Vəziyyətimlə maraqlandığınız üçün təşəkkür edirəm, çox sağ olun”.
Sənətkar Ağdamın yenidən inşa olunması, Ağdam Cümə məscidininin bərpadan sonra açılması ilə bağlı keçirdiyi hissləri də bizimlə bölüşüb: “Prezidentimizə təşəkkür edirəm. O torpaqlarda şəhid olan oğullarımıza Allah rəhmət eləsin. İndi biz doğma torpaqlarımıza gedib-gəlirik, oraları yenidən tikirik. Allah sağlıq versin. İnşallah, Ağdamın yenidən tikilmiş vəziyyətini də gedib görmək istəyirəm. Allah imkan verərsə, hamımız birlikdə gedib gəzərik”.