Geyiminə görə linç olunan Bahardan AÇIQLAMA - “Sizə ayıb olsun!”
Tarix: 14-05-2024, 10:42 |
Çap et
Müğənni Bahar Lətifqızının geyimi başına bəla olub.
Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin məclislərin birinə geyindiyi yan hissələri açıq, uzun libas olub.
Baharın həmin geyimdə səhnədə çıxış edərkən çəkilən görüntüləri sosial şəbəkələrdə yayılaraq müzakirə predmetinə çevrilib. İzləyicilər Lətifqızının bu libasının ona yaraşmadığını yazaraq xoşaqəlməz ifadələrlə tənqid ediblər.
Bahar yazılan tənqidlərə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlaması ilə cavab verib:
“Sizə ayıb olsun! Düzdür çox izləyicilər mənə yazıblar ki, “Sizə bu geyimi yaraşdırmadıq”. Bəli, mən bunu səmimi qəbul etdim. Paxıllıqdan, insani keyfiyyətin olmadığından, bildilər-bilmədilər bəziləri ağızlarına gələni yazdılar. Mən açıq-saçıq geyinən və belə libasların onlara yaraşan müğənnilərə pis baxmıram. Mən bu libasın içini sizə göstərirəm. Bu libasa əlavə pul ödəyib həmin yan hissələrini dəri rəngində olan parça, tül materialla bağlatdırmışam. Bu qədərmi insan vicdansız olar...”.
VİDEO BURADA...