“O nazirin yanına getdim, mənə kömək etdi və..” - Aparıcıdan İLGİNC AÇIQLAMA
Tarix: 23-05-2024, 09:52 | Çap et
Teleaparıcı Aytən Leylaqızı Moderator.az-ın suallarını cavablandırıb. -Aytən xanım, bu günlərdə “Speys” televiziyasında birlikdə çalışdığınız həmkarınız Zamirə Dadaşova telekanal rəhbərliyinə məhkəmədə qalib gəldi. Yəqin ki, siz də həmkarınıza dəstək olanlar sırasında idiniz..? -Zamirənin uğuruna onun yanında olan hər bir kəs sevindi. Mən düşünürəm ki, haqq-ədalət öz yerini tapdı. Zamirənin əgər səhv bir addımı yoxdursa, niyə də qalib gəlməsin ki? Sona kimi də gedib, öz mərdliyini göstərdi! Onu alqışlayıram. Telekanala qayıdacaq yoxsa yox onu bilmirəm. Bu artıq öz seçimi olacaq. O ki, qaldı mənim “Speys” lə əlaqələrimə.. Bu haqda ümumiyyətlə heç nə danışmaq istəmirəm! Bircə onu deyə bilərəm ki, ora illərimi həsr etdim, veriliş ərsəyə gətirdim və kimlərsə hazıra-nazır gəldilər. Həyatdır da. Həyat bumeranqdır. Yaşayıb nələr görəcəyimiz hələ qarşıdadır. Pis insanları görüb həyatdan küsmək olmaz. Həyatda çətinliyim olsa da Allah hər zaman üzümə qapı açıb. Necə ki, illər əvvəl nazirlərimizdən birinə problemimlə bağlı müraciət etdim və o da yardım əlini uzatdı. Allah ona ömür versin. Onun yaxşılığını unutmaram. İşimin düzəlməyi mənim üçün möcüzə oldu. -Mədəniyyət telekanalında da səhv etmirəmsə aparıcılıq etmisiniz... -Orada “Səhər çağı” verilişinə aparıcılıq edirdim. Dövlət kanalı idi, tam başqa format idi. Mən canlı verilişləri sevirəm. Ətrafımda olan dost-tanış deyir ki, Aytən, sən canlı veriliş üçün yaranmısan. Zapis verilişə də çəkiləndə elə danışıram ki, sanki canlı efirdir. Bu da işimi sevməyimdən irəli gəlir. Əslində özümü heç vaxt şou sahəsində görməmişəm. Düzdür, dostlarımız var, çörək kəsmişik, salamlaşıb görüşürük, amma şou-biznesdən kənaram. -Niyə hələ də efirlərdə sizi aparıcı kimi görmürük? -Sözün düzü başım bir az qarışıqdır. Vaxt gələr səbəbini də deyərəm. Bir neçə telekanaldan dəvət gəldi, sadəcə olaraq özümü orada görmədim. Hiss etdim ki, o verilişlərin ömrü qısa olacaq. Həmin insanlara dostcasına yox dedim. Nə vaxtsa efirə qayıtsam uzunömürlü bir layihə ilə qayıdaram. Düzdür, efir məkanında savadlı aparıcılarımız da var. Amma aparıcıların 80 faizinin üzünə şans gülüb. Elə aparıcılar var ki, onları vaxtilə televiziyaya adi işçi kimi işə düzətmişəm, amma həyat üzlərinə gülüb və aparıcı olublar. Bəlkə də onların savadını araşdırsanız heç savadları belə yoxdur. Mənim yaxşılığımı itirənlər çox olub. Elələri var ki, onları tanış edib, ailə həyatı qurmaqlarına da səbəb olmuşam, amma sonradan onlardan özümə layiq olmayan münasibəti görmüşəm. Əslində bunları demək istəmirdim, sadəcə məcbur oldum. Bu münasibətimin qarşılığı belə olmalı deyildi. -Tək şans deyil.. Əlbəttə ki, əksər hallarda tapşırıq və sevgili də rol oynayır. -Bir insanı nə qədər tapşırmaq olar axı?! O insanın içində heç nə yoxdursa.. Zatən get-gedə ələnəcək. Tanınmaq başqadır, sevilmək başqa! Mən istəmirəm bütün Azərbaycan məni tanıyıb mənfi rəylər yazsınlar. Məni 10-15 insan istəsin, amma sevərək istəsin, xoş sözlər yazsınlar. Heç kimlə qalmaqalım olmayıb, açıq-saçıq danışmamışam, gündəmi zəbt edəcək açıqlamalarım olmayıb. Bunu edə bilmərəm, özümə görə çərçivələrim var. Öz mərdliyimi də, haqlı olduğum tərəflərimi də çox sevirəm. Heç vaxt yaltaq olmamışam, heç kimə quyu qazmamışam. Hər kəsə dəstək olmağa çalışmışam. Bəlkə də Allah məni özü kənara çəkib ki, kimin kim olduğunu yaxşı bilim. Ona görə də özümlə fəxr edirəm. -“Xəzər dairəsi” verilişində efirə çıxıb, əri tərəfindən atılan qadına dəstək olmağınızı çox qınadılar ki, gərək aşkarda yox, gizlində bu yardımı edərdi.. -Qadın əri tərəfindən atılmışdı, qucağında da çiləsi çıxmayan uşağı var idi. Qadın çox çarəsiz idi, həmişə də çarəsizlərin, zəiflərin yanında olmaq istəmişəm. Vəkil Şəfiqə xanıma qarşı bir az aqressivləşib verilişə zəng edib dedim ki, ona deyin xanımın üstünə çox getməsin. Mənə təklif etdilər ki, bəlkə verilişə gələsən? Dedim ki, xeyr, pulu verib gedəcəm, verilişə çıxmaq istəmirəm. Lalə xanım Azərtaş dedi ki, xeyr, gəlib pulu canlı efirdə təqdim etsin. Utana-utana gəlib pulu həmin xanıma təqdim etdim. Bir az Şəfiqə xanımla sözüm çəp gəldi. 2-3 efirdən sonra gedib könlünü aldım. Burdan dostlarıma da demək istəyirəm ki, sağ olsunlar ki, o qadına kömək etməkdə mənə yardımçı oldular. -Həyatınızın dönüş nöqtəsi nə vaxt olub? -Anamı 2012-ci ildə itirmişəm. Cəmi 26 yaşım var idi. Televiziyadakı dostlarım o illərdə mənə dəstək oldular. Amma bu qəlbimdə bir yaradır, köz də bağlasa sağalmır. Evin üçüncü övladı olmuşam, hər yerə də onunla getmişəm. Qəfil bildik ki, xəstədir, 1 ilin içində dünyasını dəyişdi. Allah heç bir kəsi valideynləri ilə sınağa çəkməsin. O illərdə yaşadığım travma indi də mənimlədir. Anamı itirdiyim gündən sonra böyüməyə başladım. Anamın adını televiziyada özümə təxəllüs götürmüşəm. Bəzən rəylərdə müzakirələr təxəllüsümlə bağlı olur. Bizim izləyicilər səbəbi bilmədən fikir bildirməyi çox sevirlər. Bir araşdırın, görün ki, bu qız niyə o adı götürüb?! Şərhlər məni o qədər məyus edir ki, bəlkə də buna görə müsahibələrdən qaçıram. Elə məqamlar olub ki, həyatdan küsmüşəm, incimişəm. Bitdi dediyim yerdə yenidən başlamışam. Quyunun dibinə düşmüşəm, özüm-özümü ordan qaldırmışam. İşsizlik əlbəttə ki, məni sıxır, depressiyaya salır, küsürəm, inciyirəm, özümə qapanıram. Hazırda tədbirlərə, toylara aparıcı qismində dəvət alıram, amma televiziyanın yeri mənim üçün başqadır. Az əməkhaqqı alsaq da televiziyanı sevirəm. Televiziyanın spesifik qoxusu var, onu yalnız orada çalışan insanlar bilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
|